Neftçalada ev yanıb. Video

2019-09-18 Baxış: 1535
img

18.09.2019.  21:45

Bu gün günorta saatlarında Neftçala rayonunun M.Ə.Sabir küçəsində ev yanıb.

MAYAKİNFO xəbər verir ki,  Neftçala şəhər sakini 1978-ci il təvəllüdlü İsayev Səhəd Əsəd oğluna məxsus ümumi sahəsi 110 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.