İranın bəzi məktəblərində Azərbaycan dilinin tədrisinə başlanıb
![img](http://mayakinfo.az/media/img/news/874/gH6YN7O0Yp.jpg)
Bu gündən İranın Şərqi Azərbaycan əyalətinin bəzi məktəblərində Azərbaycan dilinin tədrisinə başlanıb.
MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, bunu Şərqi Azərbaycan vilayətinin Təhsil və təlim idarəsinin baş direktoru Cəfər Paşayi deyib.
“Şərqi Azərbaycan əyalətinin təhsil-təlim şurasında bu barədə qərar qəbul edilib. Qərarda Azərbaycan dili pilot layihə çərçivəsində həftədə iki dəfə olmaqla, ümumilikdə, bir tədris ilində 60 saatdan çox olmayaraq tədris olunacaq”, - C. Paşayi vurğulayıb.
O bildirib ki, Azərbaycan dili IV və IX siniflərdə tədris olunacaq.
Şərqi Azərbaycan vilayətinin orta məktəblərində Azərbaycan dilinin tədrisinin əhəmiyyətini vurğulayan C. Paşayi qeyd edib ki, İran Konstitusiyasının 15-ci maddəsi yerli dillərin tədrisinə imkan verir.
Dərslərin məzmununu və tədris saatlarını məktəblər müəyyənləşdirəcək.
Məlumata görə, artıq məktəblər və müəllimlərin sayı müəyyənləşib.
Digər xəbərlər
![](http://mayakinfo.az/media/img/news/2418/5IrgpE3sfm.jpg)
![time](http://mayakinfo.az/media/img/clock-circular-outline.png)
![](http://mayakinfo.az/media/img/news/3133/JEiP2Cj7wJ.jpg)
![time](http://mayakinfo.az/media/img/clock-circular-outline.png)