Əli Əhmədov Abşeronda bir qrup fəal gənclə görüşüb

2019-09-26 Baxış: 646
img

Əli Əhmədov Abşeronda bir qrup fəal gənclə görüşüb. 

Bu gün Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirib. 

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, görüşdə YAP-ın Sədrinin müavini, AMEA-nın Prezidenti Akif Əlizadə, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, partiyanın gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əli Əhmədov tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlardan bəhs edib. O, dövlətin gənclər siyasətinin əhəmiyyətindən danışaraq, Azərbaycan gəncliyinin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. 

O qeyd edib ki, bu gün ölkə gəncliyinin inkişafı üçün bütün imkan və şərait yaradılıb. Gənclərin üzərinə düşən vəzifə isə yüksək təhsil və bilik qazanaraq dövlətin inkişafına töhfə verməkdən ibarətdir. Baş nazirin müavini gənclərin Azərbaycanda və ondan kənarda da dövlətimizi və dövlətçiliyimizi müdafiə etdiklərini deyib. 

Görüşdə gənclərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.