YAP Gəncədə müşavirə keçirib

2019-10-03 Baxış: 549
img

Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər, Kəlbəcər, Xocalı rayon ərazi ilk partiya təşkilatlarının sədrlərinin və fəallarının iştirakı ilə müşavirə keçirilib.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, müşavirə iştirakçıları əvvəlcə Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.  

Gəncə şəhər Heydər Əliyev mərkəzində baş tutan tədbirdə Baş Nazirin müavini, YAP-ın sədr müavini Əli Həsənov, Gəncə şəhər, Kəlbəcər və Xocalı rayon İcra Hakimiyyətlərinin başçıları, Milli Məclisin deputatları iştirak ediblər.