Neftçala gəncləri təqaüddə olan müəllimləri təbrik edib.

2019-10-05 Baxış: 1216
img

UGEX Xeyriyyə Fondu bu dəfə günün səbəbkarlarını - MÜƏLLİMLƏRİ sevindirib.

MAYAKİNFO xəbər verir ki, fondun üzvləri olan gənclər həyatını pedaqoji fəaliyyətə, təhsilə, Neftçala gənclərinin təlim-tərbiyəsinə həsr etmiş elm fədailəri olan təqaüddə olan müəllimləri ziyarət etmişlər. Gənclər vaxtilə Neftçala şəhər 1 saylı tam orta məktəbində kimya müəllimi işləmiş Hüseynağa Sadıqovu, Neftçala şəhər 4 saylı tam orta məktəbində rus dili müəllimi işləmiş Ağamirzə Əhmədovu, Bankə qəsəbə 2 saylı tam orta məktəbində kimya müəllimi işləmiş Lyudmila Fyodorovnanı , Neftçala Rayon Təhsil Şöbəsində uzun müddət metodkabinet müdiri işləmiş Şirməmməd Əliyevi peşə bayramları münasibətilə təbrik etmiş və onların peşə fəaliyyətləri haqqında təəssüratlarını dinləmişlər. 

Qeyd edək ki, UGEX Xeyriyyə Fondu rayon mütəmadi olaraq rayon ərazisində xeyriyyə akisyaları həyata keçirir.