Prezident İlham Əliyev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirini qəbul edib

2019-10-10 Baxış: 635
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

MAYAKİNFO-nun xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.