Avropa Komissiyası: Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə Azərbaycana 2 milyard avrodan çox investisiya yatırılacaq

2019-10-11 Baxış: 579
img

“Trans-Avropa nəqliyyat şəbəkəsi çərçivəsində Azərbaycana 2 milyard avrodan çox investisiya qoyuluşu nəzərdə tutulub”.

APA-nın verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vasilis Maraqos bildirib.  

O bildirib ki, bu, beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə həyata keçiriləcək və bununla bağlı fəaliyyət planı hazırlanıb.

“Lakin işlər bununla yekunlaşmayacaq. Biz dövlət institutlarına, hüquq xidməti göstərən sahələrə maliyyə yatırırıq”, - deyə V. Maraqos bildirib.