ReAl Partiyası Məclisinin başqanı istefa verdi

2019-11-06 Baxış: 599
img

Azər Qasımlı ReAL Partiyasından istefa verib. MAYAKİNFO  “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, bu barədə qərarını bu gün baş tutan mətbuat konfransında deyib.

Bildirib ki, istefasına səbəb İlqar Məmmədovun təklif etdiyi yeni təkliflər paketidir:

“Belə bir vəziyyətdə mən bu partiyada qala bilmərəm. Mən özümü bu partiyada, strukturda görmürəm və getmək qərarına gəlmişəm. Siyasi mövqeyimi dəyişməmişəm və indiki mərhələdə partiya yaratmaq kimi bir fikrim yoxdur.

İlqar Məmmədovun təklif etdiyi layihə bizim qurduğumuz təşkilatı məhv edəcək. Kommunist partiyasına çevirəcək. İdarə heyətini heç kim təftiş edə bilməyəcək.

Qeyd edək ki, A. Qasımlı ReAl Partiyası Məclisinin başqanı idi.