Neftçalalı alim: Qarabağ üstündə ermənilər hansı əsas və faktla torpaq iddiaları edirlər?

2019-11-18 Baxış: 4318
img

Dünyada eləcə də Qafqaz, Yaxın və Orta Şərq regionunun da ermənilərin 1918-ci ilə kimi dövlətləri olmayıb

"Osmanlı imperiyasına qarşı böyük dövlətlər “erməni kartı”ndan məharətlə istifadə ediblər. Bütün tarixi faktlar sübut edir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi olub. Ermənilərin Cənubi Qafqazda, o cümlədən də Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması Rusiyanın hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb. Hələ I Pyotrun dövründə ermənilərin Cənubi Qafqaza köçürülməsi haqqında plan hazırlansa da, o vaxt bunu tam reallaşdırmaq mümkün olmamışdır. Bu planın reallaşdırılması üçün əlverişli şərait XIX əsrin əvvəllərində meydana gəlmişdir". Bunu MAYAKİNFO-ya açıqlamasında tarix elmləri üzrə fəlsəfə doktoru Sübhan Talıblı deyib.

Gənc alim qeyd edib ki, 1804-1813 və 1826-1828-ci illərdə baş vermiş birinci və ikinci Rus-İran müharibələri nəticəsində Azərbaycan torpaqları iki imperiya arasında bölüşdürüldü: "Məhz ikinci Rus-İran müharibəsi nəticəsində bağlanmış Türkmənçay müqaviləsinin imzalanmasından sonra Qarabağ adı siyasi anlayış kimi işlədilməyə başlandı. Rusiya imperiyası “parçala və hökmranlıq et” siyasətini əldə əsas tutaraq Şimali Azərbaycanla regionun digər müsəlman və türk dövlətləri arasında əlaqəni kəsmək üçün bu regionda qeyri-müsəlman xalqları, xüsusilə də erməniləri yerləşdirməyə başladı. Bu məskunlaşdırma 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay müqaviləsinin 15-ci maddəsinə uyğun olaraq həyata keçirilirdi. Azərbaycan xalqının başına gətirilən bütün sonrakı faciələrə səbəb olan bu maddədə bildirilirdi: “Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırkı müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq onlardan (ermənilər nəzərdə tutulur – S.T.) heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti (Azərbaycan nəzərdə tutulur – S.T.) müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa, o, məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların (ermənilər nəzərdə tutulur – S.T.) satılıq malına, əmlakına və ya əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməz mülkə gəldikdə isə onun satılması və haqqında öz xoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir”.

Tarixçi bildirib ki, bu maddənin başlanğıcı üstüörtülü diplomatiya dilində yazılmışdır: "Nəinki bu parçada, bütün müqavilə mətnində ermənilərin adı çəkilməmişdir. Ancaq söhbət onlardan gedir. Müqavilə üzrə “Azərbaycan adlanan vilayətdə” yalnız rus ordusuna yardımçı olan təbəələrin davranışına və dini əqidəsinə görə təqib edilməsi yasaq olunur, onlara “İran vilayətindən Rusiyaya sərbəst keçmək” hüququ verilirdi. Təbii ki, cənub bölgələrində köklü şiə əhalisinin dini əqidəsinə görə təqib olunmasından söhbət gedə bilməzdi. Görünür, müqavilənin bu parçasına dayanan ayrıca bir razılaşma üzrə məhz ermənilərin köçürülməsi, özü də başlıca olaraq Cənubi Azərbaycandan köçürülməsi nəzərdə tutulurdu.

I Pyoturun vəsiyyətində erməniləri torpaq verilməsi –

I Pyotrun erməni xalqına dövlət fərmanına (1724-cü il 10 oktyabr) görə Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün yerlər ayrılmasına razılıq verilirdi. I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi. 1804-1813-cü illər Rus-İran müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı parçalayan "Gülüstan müqaviləsi" ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. 1826-1828-ci illər Rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı. Erməni katalikosu Nerses Aştaraketsi köçürmə haqqında layihə hazırladı. A.S.Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı.

1828-ci il fevralın 10-da imzalanmış "Türkmənçay müqaviləsi"nin XV maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu. Müqavilənin XV maddəsində qeyd edilir ki, "Şah həzrətləri… Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büs-bütün və tam bağışlanma əta edir… Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında könüllü sərəncam üçün beş illik müddət müəyyən edilir".

Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələri yaradıldı. Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və mükəlləfiyyətlərdən azad edildi, onlara İrandan alınan təzminat hesabına vəsait verildi və i. a.

Müəyyən hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başladı. İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1828-1829-cu il Rus-Türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 min erməni köçürüldü. İran, Türkiyə və digər Şərq ölkələrində ermənilərin Rusiyaya köçürülməsi bütün sonrakı dövr ərzində davam etdirildi.

Rusiya imperiyasında buraxılmış statistik məlumatlar, xüsusilə yarım əsrdən yuxarı bir müddət ərzində nəşr olunan "Kavkazski kalendar" məlumat kitablarında, 1897-ci ildə Rusiya imperiyasında əhalinin birinci ümumrusiya siyahıya alınmasının nəticələrinə dair nəşrlərdə – Ermənistan Respublikasının indiki ərazisində azərbaycanlıların Rusiyanın köçürmə siyasətindən sonra da əhalinin əsas hissəsini təşkil etdiyini göstərir. Belə ki, 1886-cı ildə Yelizavetpol quberniyası Zəngəzur qəzasındakı 326 kənddən 149-u azərbaycanlı (45,7 faiz), 91-i kürd (27,9 faiz) və yalnız 81-i erməni (24,8 faiz) kəndi idi. 41 1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən 1500 nəfər çox idi. İrəvan quberniyasında 1891-ci ildə 661,6 min nəfər əhalidən 270,4 min nəfəri (41 faiz) azərbaycanlılar idi. 1893-cü ildə bu rəqəm 276 minə, 1897-ci ildə isə 313 minə çatmışdır. 1897-ci ildə Zəngəzur qəzasında əhalinin sayı 142 min nəfər olmuşdur ki, onlardan da 71,2 min nəfəri (50,1 faiz) azərbaycanlılar, 63,6 min nəfəri (46,8 faiz) isə ermənilər idi. İndi Ermənistanın paytaxtı olan İrəvan şəhəri və İrəvan qəzasında da o dövrdəki əhalinin etnik tərkibi xüsusilə diqqəti cəlb edir. 1896-cı ildə İrəvan şəhərindəki 14,7 min nəfər əhalidən 7,2 min nəfəri (49 faiz) azərbaycanlılar, 7,1 min nəfəri (48 faiz) isə ermənilər idi. İrəvan qəzasındakı 99 min nəfər əhalidən 52,8 min nəfəri (53,5 faiz) azərbaycanlılar, 36,4 min nəfəri (46,4 faiz) ermənilər idi. 1916-cı ilin yanvarın 1-nə olan məlumata görə isə həmin regionun azərbaycanlı və erməni əhalisinin miqdarı arasındakı nisbət birinci dünya müharibəsində Qafqaz cəbhəsinin bu ərazidən keçməsinin təsiri ilə müəyyən qədər dəyişmişdir. Buna baxmayaraq yenə də bu ərazidə azərbaycanlılar əhalinin əsas hissəsini təşkil edirdi. Azərbaycanlılar İrəvan qəzasında 74,2 min nəfər (48 faiz), Zəngəzur qəzasında 119,5 min nəfər (53,3 faiz), Sürməlik qəzasında 45,9 min nəfər (31,2 faiz), Eçmiədzin qəzasında 41,3 min nəfər (24,6 faiz) və Yeni Bayazid qəzasında isə 50,7 min nəfər (29,2 faiz) olmuşdur".

S.Talıblı əlavə edib ki, “Dənizdən dənizə Böyük Ermənistan” və ya “Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan” yaradılması kimi əsassız iddiaları mifik dövləti yaratmaq məqsədi ilə, ilk növbədə, türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş “ermənilik” ideyasını yayan hələ XIX əsrin axırlarında yaradılmış “Daşnaksutyun” partiyası olub: "Bu ideyanın gerçəkləşdirilməsində ermənilərin dünyanın hər yerində törətdikləri kütləvi qırğınlardan, terror aktlarından keçirdi.

AXC dövründə İrəvan məsələsində nəzər yetirdikdə - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Dağlıq Qarabağın erməni separatçıları 1918-ci il iyulun 22-də Dağlıq Qarabağı “müstəqil” elan etmişdilər. Ermənistan buna heç bir rəsmi münasibət bildirməmişdi. Separatçıların qərarı kağız üzərində qalmışdı. Azərbaycan hökuməti Dağlıq Qarabağdakı hadi-sələrdən xəbərdar idi, amma hökumət birinci dərəcəli vəzifə kimi, Bakının azad edilməsi məsələsi ilə məşğul idi.

Azərbaycan parlamentinin 1918-ci il dekabrın 20-də keçirilmiş iclasında deyildiyi kimi, Ermənistan hökuməti “rəsmən” bildirirdi ki, “Qarabağda işimiz yoxdur, Qarabağı istəmirik və Andranik ilə əlaqəmiz yoxdur”.

1919-cu il avqustun 15-nə qədər olan dövrdə Dağlıq Qarabağ de-fakto Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində idi. Avqustun 15-də Dağlıq Qarabağ erməni qurultayı ilə Azərbaycan hökuməti arasında bağlanan “Müvəqqəti saziş” Dağlıq Qarabağın faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olmasını hüquqi cəhətdən təsdiqlədi.

SSRİ-i dövründə Dağlıq Qarabağ məsələsinin qaldırılması məsələsində SSRİ-i rəhbərliyini Ermənistana birbaşa rəhbərlik etmişdir.

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Respublikasını təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövqeyinə ciddi zərbə vuruldu. Bundan başqa 1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş siyahıya almalara görə DQMV-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1%; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9% olmuşdur.

N.Nərimanovun mövqeyi-

AK(b)P MK Təşkilat və Siyasi bürolarının 1920-ci il noyabrın 30-da qəbul etdikləri qərarda deyilirdi: “Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verilir”.

Bu prinsipial qərar dekabrın 1-də N.Nərimanovun elan etdiyi Bəyannamədə də öz əksini tapdı. Bəyannamə ilk dəfə 1920-ci il dekabrın 2-də, yəni elan edildiyi günün səhəri Bakıda “Kommunist” qəzetində (rus dilində), dekabrın 3-də isə “Bakinskiy raboçiy” qəzetində dərc olunmuşdur. Həmin Bəyannamə İrəvanda da çap edilmişdir. Özü də bu cür nəşrlərə aid bütün tələblərə əməl edilməklə, yəni ixtisar edilmədən, üç nöqtəsiz, Ermənistan Mərkəzi Dövlət Arxivində saxlanılan Bəyannamənin müraciətinə istinadla və Bəyannamənin ilk dəfə Bakıda “Kommunist” qəzetinin 1920-ci il 2 dekabr tarixli 178-ci nömrəsində işıq üzü görməsi göstə-rilməklə çap olunmuşdur.

1920-ci ilin noyabrında bolşeviklər daşnak dəstələrini darmadağın edərək Zəngəzurun yuxarı hissəsini sovetlərin yaratdığı Ermənistana birləşdirdilər. 1929-cu ildə Zəngilanın daha 3 kəndi Ermənistana verildi. Zəngəzurda Mehri rayonunun təşkili ilə Naxçıvan Azərbaycandan ayrı salındı. Ermənistan yenə də Dağlıq Qarabağ iddialarından əl çəkmirdi.

1921-ci il iyunun 19-da Ermənistan SSR XKS sədri A.Myasnikovun bəyanatı ilə “Dağlıq Qarabağ” Ermənistanın ayrılmaz tərkib hissəsi elan edildi. Ermənistan SSR-nin Dağlıq Qarabağda fövqəladə nümayəndəsi təyin olunmuş Mravyan N.Nərimanovun etirazları sayəsində iyunun 27-də geri çağırıldı.

RK(b)P-nin Qafqaz bürosu tərəfindən 1921-ci il iyulun 5-də Dağlıq Qarabağa Azərbaycanın tərkibində inzibati mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət müxtariyyəti verilməsi qərarı 1923-cü il iyunun 27-də RK(b)P Cənubi Qafqaz Ölkə Komitəsinin plenumunda təsdiq olundu. Azərbaycan MİK-i 1923-cü il 7 iyul tarixli qərarı ilə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığını elan etdi.

5 iyul 1921-ci il tarixli qərardan sonra “Dağlıq Qarabağ” məsələsi ortadan götürüldü. Məsələ ətrafında səs-küy yatdı. Bu vəziyyət 1945-ci ilin axırlarına qədər davam etdi.

M.Bağırovun növqeyi –

XX yüzilliyin 20-30-cu illərində Dağlıq Qarabağ problemi Ermənistanla Azərbaycan sovet respublikaları arasında mübahisəli ərazi kimi müzakirə obyekti olmadı və qaldırılmadı. Bununla belə, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan (1923-cü il) sonra ilk dəfə 1945-ci ildə Ermənistan Dağlıq Qarabağ haqqında ÜİK(b)P MK qarşısında məsələ qaldırılmışdır. M.C.Bağırov Dağlıq Qarabağın tarixi, muxtar vilayətin təşkili haqqında qısa məlumat verdikdən sonra yazmışdır: “Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi baxımından Ermənistan SSR-ə bitişik deyildir və heç vaxt bitişik olmamışdır”.

Azərbaycanda Sovet hakimiyyəti illərində Dağlıq Qarabağda vilayətin təsərrüfat, siyasi və mədəni inkişafı üzrə böyük işlər görülmüşdür. Bunun ən parlaq nümunələrindən biri – DQMV-nin hazırkı mərkəzi olan Xankəndi şəhərinin gözdən-nəzərdən uzaq və dağılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilməsidir.

Moskvanın yeritdiyi anti-Azərbaycan siyasəti Dağlıq Qarabağ böhranı ilə nəticələndi. Yuxarıda qeyd edildiyi kimi, sovet hakimiyyəti illərində də Azərbaycan torpaqlarının bir hissəsi Ermənistana verildi. 1985-ci ildə Afinada Daşnaksütun Partiyasının XXIII qurultayında “Böyük Ermənistan” yaratmaq ideyası yenidən irəli sürüldü. Dağlıq Qarabağda separatist “Krunk” və “Miatsum” təşkilatları açıq fəaliyyətə başladılar. Mərkəzi hakimiyyətə və xarici erməni diasporuna arxalanan erməni şovinistləri Ermənistanda və Dağlıq Qarabağda yaşayan azərbaycanlıları silah gücünə öz yurdlarından qovdular.

1987-ci ildə Parisdə erməni akademiki A.Aqanbekyan “Humanite” qəzetinə verdiyi müsahibədə Dağlıq Qarabağın Ermənistana birləşməsi iddiası qaldırıldı. Bu da erməni daşnaklarının Dağlıq Qarabağın işğalı uğrunda mübarizələrinə yaşıl işıq oldu.

1988-ci il iyunun 18-də SSRİ Ali Sovetinin Rəyasət heyəti Dağlıq Qarabağ məsələsini müzakirə etdi. İclasda SSRİ Ali Sovetinin Azərbaycandan və Ermənistandan olan deputatlarının böyük bir qrupu da iştirak edirdi. Orada ermənilərdən Q.M.Voskanyan, Q.A.Poqosyan, V.A.Ambarsumyan, S.Q.Arutyunyan, S.A.Ambarsumyan, V.A.Petrosyan, Azərbaycandan S.B.Tatlıyev, Ə.X.Vəzirov və M.Ə.İbrahimov çıxış etdilər.

M.Qorbaçov “Jizn i reformı” adlı kitabının (Горбачев М.С. Жизнь и реформы. В двух книгах, Кн. 1, М., АО „Издательство Новости", 1995) “Kremldə” adlı ikinci bölümünün “Milli siyasət” hissəsində “Qarabağ partlayışı” başlığı altında yazır ki, “O zaman milli məsələlərlə məşğul olanlar, ilk növbədə İ.V.Stalin Qarabağ problemini həll etməyi bacarmadı, bu məsələ lazım olan səviyyədə incələnmədi. İdeal bir variant tapılmadı. Onilliklər ərzində muxtar əyalətdə bir sıra çətinliklər və problemlər üst-üstə yığıldı”.

1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin “Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərarı ilə əslində vilayət əməli olaraq Azərbaycanın tərkibindən çıxarıldı. Burada ermənipərəst A.Volskinin rəhbərliyi ilə Xüsusi İdarə Komitəsi yaradıldı.

1989-cu ilin iyulunda Xankəndinin 14 min nəfərdən ibarət azərbaycanlı əhalisi şəhərdən çıxarıldı. SSRİ Ali Soveti azərbaycanlıların tələbi ilə 1989-cu il noyabrın 28-də Xüsusi İdarə Komitəsini ləğv etdi. Lakin Mərkəzin təsirli tədbirlər görməməsi nəticəsində Ermənistan DQMV-nin iqtisadi və siyasi idarə olunmasına fəal müdaxilə edirdi.

1990-cı ilin mayında Dağlıq Qarabağ Muxtar Vilayətinin idarəçiliyi yenidən Azərbaycana qaytarıldı. Baş verən hadisələr Moskvanın diqtəsi ilə həyata keçirildi. Bir sıra xarici müəlliflər bu münaqişənin köklərinin süni surətdə yaradıldığını etiraf edir və onun yerində, yəni münaqişə edən tərəflər arasında həllini üstün sayırdılar.

1991-ci ilin sentyabr ayının 11-də İrəvanda “Naxçıvan ermənilərinin Milli Şurası” yaradılmışdır. Şura 1921-ci ildə bağlanan Qars müqaviləsinin ləğv edilməsi tələbi ilə Rusiyaya müraciət etmişdir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı yönələn hadisələrlə əlaqədar olaraq Milli Məclis 1999-cu il fevralın 9-da BMT-yə, Parlamentlərarası İttifaq ATƏT-ə, Avropa Şurasına erməni təcavüzünün qarşısının vaxtında alınması, işğal edilmiş ərazilərin azad edilməsi haqqında müraciət etmiş, “dənizdən-dənizə dövlət yaratmaq” iddiasını pisləmişdir.

1991-ci il avqustun 8-də Ermənistanda sonuncu azərbaycanlı kəndi olan Nüvədi (Mehri rayonu) rus əsgərlərinin köməyi ilə boşaldıldı. Beləliklə, Ermənistandakı 185 Azərbaycan kəndindən 230 min azərbaycanlı qovuldu. 255 nəfər öldürüldü, 1200 adam yaralandı, 31 min ev, 165 kolxoz və sovxoz əmlakı talandı.

Moskva və dünya ictimaiyyəti tərəfindən erməni silahlı dəstələrinin törətdikləri bu əməllərin soyuqqanlılıqla qarşılanması, onlara Dağlıq Qarabağı Ermənistana birləşdirmək hərəkatını genişləndirmək üçün bir ümid və təkan verdi.

1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən "Azadlığa Dəstək Aktı"nı qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına Amerika hökuməti tərəfindən birbaşa yardımının göstərilməsinə qadağa qoyur. 907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını qadağan edən düzəlişdir.

Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə Senator Con Makkeyn tərəfindən təklif edilmişdir, ancaq daha sonra naməlum səbəblərə görə qeri qaytarılmışdır. Sonradan Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə Konqressmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürülmüşdür. Senator Riçard Luqar (İndiana ştatı) düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etmişdir. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilmişdir. ABŞ vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir.

Düzəlişin mətni - Maddə 907. Azərbaycana yardim göstərilməsinin qadağan edilməsi haqda -

(A) Qadağa – Prezident Azərbaycan Hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.

(B) Qeyd – Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizləsizlik Şurasından çıxarılaraq əvvəlcə ATƏM, sonra isə ATƏM-in Minsk qrupunda müzakirəsində olunması da problemin həll olunmasına öz mənfi təsirini göstərmişdir. Həmin tərkibdə Azərbaycanın rəyi və razıılığı olmadan ABŞ, Fransa və Rusiyada ibarət həmsədrlərin seçilmişdir. Zənnimcə, ərazi bütövlüyü pozulmuş 1 milyondan artıq insanı tarixi torpaqlarından didərgin düşmüş və soyqırıma məruz qalmış qalmış və dövlət kimi Azərbaycanın da həmsədrlərin sayının artırılmasına və heyətinin tərkibinin seçilməsində mövqeyi mütləq nəzərə alınmalıdır.

Erməni diasporasının gücü də Azərbaycanın haqq səsinin dünyaya çıxmasına təsirini göstərmişdir. Bundan başqa ermənilər bir sıra sahələrdə erməni kilsəsi, Daşnaksutyun partiyası, regional və beynəlxalq güclərin də xüsusi dəstəyi olmuşdur. Bu təbii ki, bu gün də davam edir.

Bugünki, Ermənistana hərbi, siyasi, iqtisadi, dini-ideoloji cəhətdən edilən maddi, siyasi və beynəlxalq aləmdə olan dəstəyə nəzər salsaq görərik ki, hansı dövlətlər, beynəlxalq və regional təşkilat, qurum və mərkəzlərdən bunu ayırd etmək olar. Xüsusilə də xaric öıkələrdə erməni diasporasının formalaşmasına bu və ya digər şəkildə dəstək olan güclərin də rolunu araşdıranda bu bir daha aydın olur.

Fikrimizcə bizlər aşağıdakı bir sıra mələləri həyata keçirməliyik.

- 1. Elmi sahədə hər biz azərbaycanlı tarixçi, siyasətçi, filosof, filoloq, arxeoloq, etnoqraf, milli təhlükəszilik və ordu, mətbuat, diaspora və s. sahələrdə araşdırma aparan tədqiqatçı və eım adamları Azərbaycan tarixi, dövlətçilik ənənələri, Dağlıq Qarabağ, milli təhlükəsizliyimiz və s. mövzularda xarici ölkə KİV-lərində, elmi və təhsil mərkəzlərində cıxışlar etməli, xarici dillərdə yazılar yazmalıdır.

- 2. Azərbaycanda və xaricdə fəaliyyət göstərən bütün siyasi partiya və təşkilatlarımız beynəlxalq aləmdə öz fəaliyyətlərində Azərbaycanın təbliği sahəsində xüsusi fəallıq göstərməlidirlər.

- 3. Dünyanın aparıcı iniversitetləri, elmi tədqiqat mərkəzləri iləəməkdaşlıq edib, Dağlıq Qarabağ haqda birgə kitab, məqalələr yazmalı, dəyrmi masa, disput, layihələr həyata keçirməliyik.

- 4. Dünya KİV-lərində ermənilərin fəaliyyəti ğyrənməli, eləcə də həmin KİV-də bizlər ya çıxışlar etməli, ya da həmin çıxaşa qarşı çıxışlar etməliyik.

- 5. Dünyada tarixdən günümüzə kimi Dağlıq Qarabağla bağlı həqiqətlləri əks etdirməyən ermənilər və onlarə dəstəkləyən beynəlxalq və regional dövlətlərin, eləcə də beynəlxalq və regional qurumlar, təşkilatlar, QHT, tədqiqat mərkəzləri və s. araşdırma aparan tədqiqatçıları öyrənməli, onlara elmi, tarixi, siyasi və hüquqi fakttlara söykənərək cavablar verilməlidir.

- 6. Xarici dillər sahəsində tədqiqat aparanlara Dağlıq Qarabağ məsələsi, azərbaycanlıların soyqırımı, Xocalı soyqırımı, milli dövlətçiliyimiz və tariximiz haqda yazılarının aparılmasına dəstək edilməlidr.

- 7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Universitetlərində humanitar və ictimai elmlər sahəsində pedoji sahədə çalışanların elmi-pedoqoji dərs yükünə Azərbaycanın dünyada təbliğinə (Dağlıq Qarabağ, dövlətilik, tarix, soyqırım və s.) aid hissəsinə 100 saat artırılması məqsədəuyğun olardı.

Qarabağsız Azərbaycan yoxdur, Azərbaycanın bir qarış torpağı müzakirə mövzusu olmamalıdır. Bu baxmdan hər bir Azərbaycan övladı istər ökəmizdə, istərsə də xaricdə özünün ən ali amalı olaraq Azərbaycanın tarixi ərazi bütövlüyü uğrunda siyasi, iqtisadi, elmi, mədəni-mənəvi, mətbuat, diaspora və s. sahələrdə mübarizə aparmalıdır".