Müddətsiz müqavilə ilə işləmək istəyən müəllimlərin onlayn müsahibələrə qoşulma qaydası açıqlanıb
Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə qoşulma qaydalarını açıqlayıb.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov APA-ya açıqlamasında bildirib ki, müsahibədə iştirak etmək üçün heç bir proqramda qeydiyyata ehtiyac yoxdur: "Bunun ən sadə yolu komputer vasitəsilə qoşulmaqdır. Bu halda müəllim hər hansı proqram yükləmir. İştirakını təsdiq etmiş müəllimlərin maili-nə bir link göndəriciləcək və həmin linkə daxil olaraq onlayn müsahibəyə qoşulacaqlar”.
E.Bağırov qeyd edib ki, digər variant isə telefon vasitəsilə onlayn müsahibəyə qoşulmaqdır: “Bunun üçün isə “Microsoft Team” mobil tətbiqini telefona yükləmək kifayətdir. Heç bir qeydiyyata ehtiyac yoxdur. Müəllimlər yenə eyni qayda ilə göndərilən linkə daxil olaraq müsahibəyə qoşula biləcəklər”.
Digər xəbərlər