Anar Kərimov Mədəniyyət naziri təyin olunub
2021-01-05
Baxış: 730
Anar Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.
MAYAKİNFO xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli 2163 nömrəli Sərəncamı ləğv edilib.
Prezidentin digər Sərəncamı ilə Anar Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.
Digər xəbərlər
2021-11-04
2023-04-18