Davamlı və yüksək iqtisadi artım, dayanıqlı artan rəqabətqabiliyyətli, şaxələnmiş iqtisadiyyat, qeyri-neft sektorunun inkişafı növbəti onillikdə Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir.

2021-02-10 Baxış: 845
img

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və 2021-2030-cu illəri əhatə edən  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yeni strateji dövrdə qarşıda duran hədəflərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır. Dövlət başçısı İlham Əliyev son illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi strategiyanı inamla davam etdirərək Azərbaycanın dinamik inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu siyasətin Azərbaycana gətirdiyi böyük uğurlar respublikamızın hüdudlarından kənardada yüksək rəğbətlə qarşılanır. Bir çox qabaqcıl dövlətlərin uzun illər keçdiyi inkişaf mərhələlərini qısa müddətdə adlayan, keçid dövrü üçün səciyyəvi olan problemlərin öhdəsindən inamla gələn ölkəmizin qısa müddətdə əldə etdiyi nailiyyətlər, möhtəşəm zəfərimiz ilk növbədə Prezidentimiz İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə izah olunur. Qarabağ Zəfəri Azərbaycanın apardığı siyasətin uğurunu ortaya qoydu.  Bu zəfər Heydər Əliyev strategiyasının və İlham Əliyev siyasətinin zəfəri idi.Bu zəfər Azərbaycanın və eləcə də bütün regionun iqtisadi inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdırdı.Bu amillərdən ən vacibi Qarabağda əldə edilmiş hərbi qələbəni Azərbaycanın gələcək dinamik, davamlı sosial-iqtisadi inkişafına dəyişdirə biləcək əhali, xalq məmnunluğudur. İnanırıq ki, xalqımızın Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməsi müharibədən sonrakı dövrdə iqtisadi və sosial islahatlara dəstəyi və etimadı daha da yüksəldəcək, islahatların səmərəliliyini daha da artıracaq.

Hazırda bir çox ölkələrdə qlobal iqtisadi böhran olduğu halda Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin nəticəsi olaraq ölkəmiz uğurla inkişaf edir. Azərbaycan iqtisadiyyatının yüksək artımı ilk növbədə ölkəmizin quruluşunun çoxşaxəli genişlənmə mərhələsinə keçməsi ilə şərtlənir. Respublikamızın iqtisadi inkişaf modeli cəhətləri baxımından nəinki başqalarına bənzəmir həmçinin öz xüsusi üstünlükləri ilə seçilir. Azərbaycan iqtisadiyyatı başqa ölkələrdən fərqli olaraq öz daxili imkanları hesabına inkişaf edən dövlətlərdən biridir. Çağdaş dövrün əsas tələblərindən biri də ölkələr arasında etibarlı qarşılıqlı əlaqələri genişləndirməkdən ibarətdir.Azərbaycan bu cəhətdən beynəlxalq əlaqələrini getdikcə genişləndirir. Prezidentimizində dəfələrlə söylədiyi kimi biz artıq uzun illərdir ki,dünyada etibarlı tərəfdaş kimi qəbul edilirik və beynəlxalq təşkilatlarla əməkdaşlığımız uğurludur.

Ölkəmiz iqtisadiyyatda dayanıqlı inkişaf modelini tərənnüm edən ölkədir. Qarşıdakı illərdə sosial- iqtisadi inkişaf Azərbaycanın gücünün daha da artacağına inam yaradır. Bu cür imkanlar Azərbaycanın yüksək sosial rifahlı cəmiyyətə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Son illərdə ölkəmizdə dinamik inkişaf əsasında iqtisadiyyatımızın həcmi böyüyüb, güclü sosial iqtisasi infrastruktur yaradılıb. Ölkəmizdə yoxsulluğun səviyyəsi azalıb. Maliyyə imkanlarımız artıb, ölkəmiz yüksək gəlirli dövlətlər qrupuna salınıb. İqtisadi güc baxımından ölkəmiz Cənubi Qafqazın və digər regionların iqtisadiyyatlarını dəyişdirməyə malik böyük layihələrin təşəbbüskarıdır. Müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələri önə qoyur.

Azərbaycan 2021-ci ilə nadir uğurlu ölkə kimi daxil olaraq dünyadakı yüksək imicini daha da yaxşılaşdıracaq və öz gücünü bütün dünyaya bir daha sübut edəcəkdir.

 

Haxıyeva Sona

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Neftçala Dövlət Rəsm Qalereyasının bələdçisi 

YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin sədr müavini