Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
Azərbaycan və Türkiyə arasındakı münasibətlər dərin köklərə dayanır. Xalqlarımız
arasında eyni soy, eyni kök, eyni dil və din mənsubluğu, ənənə və mədəniyyət oxşarlığı,
bu iki ölkənin bir-birinə doğmalığını bir daha sübut edir. İki ölkə arasında tarixi
dostluğa, qarşılıqlı etimada, səmimi münasibətlərə söykənən əlaqələr və
qardaşlıq telləri daim möhkəmlənməkdə davam edir.
Azərbaycan və Türkiyə tarix boyu bir-birlərinə arxa olmuşlar İstər
işğalçı erməni dövlətinin torpaqlarımıza təcavüzü zamanı, istərsə də 44 günlük
Vətən Müharibəsində Türkiyə Azərbaycana haqq mübarizəsində açıq şəkildə öz dəstəyini
nümayiş etdirmişdir. Bu bir daha sübut edir ki, Azərbaycan və Türkiyə arasında
hər bir sahədə olduğu kimi hərbi sahədəki əməkdaşlıq bölgədə sülhün və təhlükəsizliyin
ən vacib və ən böyük təminatıdır.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən
bu istiqamətdə hər zaman düzgün siyasət aparılır, Türkiyənin hərb sahəsində
qazandığı uğurlarından bəhrələnmək əsas istiqamət qəbul edilir. Hörmətli
Prezidentimizin xarici ölkə jurnalistləri ilə keçirdiyi son mətbuat
konfransında da dediyi kimi:”Türk silahlı Qüvvələri ilə Azərbaycan Müdafiə
Nazirliyi arasında əməkdaşlıq uzun tarixə malikdir. Müharibə dövründə bütün
dünya Türkiyə müdafiə sənayəsinin keyfiyyətini gördü. Türkiyə istehsalı olan
müdafiə sistemlərindən Azərbaycan məharətlə isitfadə edib və müharibədə bu,
böyük üstünlük təmin etmişdir. Hərbi əməkdaşlığımız gündən-günə möhkəmlənir”. Türkiyə
ilə müdafiə sahəsində əməkdaşlığımız və əlaqələrimiz bundan sonra ancaq və
ancaq gücümüzə güc qatacaqdır. Bu tərəfdaşlıq, ordumuzun daha da modernləşdirilməsində,
təcrübəli hərbi kadrların hazırlanmasında, Azərbaycan Müdafiə Sənayesinin inkişafında
böyük rol oynayacaqdır.
Bu gün Ermənistan hakim dairələrində və erməni cəmiyyətində vahid mövqe yoxdur. Onların dövlətimizə
və xalqımıza qarşı düşmənçilik siyasəti sərgiləməsi, revanş müharibə istəyi, bütün
azərbaycanlılar kimi məni də narahat edir. Lakin 44 gündə Qalib Ordumuzun nələrə
qadir olduğunu gördükdən sonra heç şübhəm yoxdur ki, istənilən təhdid düşməni
bu dəfə tamam məhvə aparacaqdır. Azərbaycan-Türkiyə əlaqələri, o cümlədən müdafiə
sahəsində əməkdaşlıq bütün türk dünyası üçün də vacib və əhəmiyyətlidir. Çünki,
türkdilli dövlətlər arasında əlaqələrin inkişafı bu ölkələrin möhkəmlənməsinə və
inkişafına təkan verəcək, böyük töhfələr bəxş edəcəkdir.
Azərbaycan və Türkiyə hər zaman və hər sahədə tam bir müttəfiqdir. Ölkəmizin
suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün qardaş Türkiyə ilə hərbi əməkdaşlığımız
hər zaman davam etdirilməli, bölgədə sülh və əmin əmanlığın qorunmasını iki
qardaş ölkə olaraq daim birlikdə təmin etməliyik.
Məmmədli Nərgiz;
Neftçala rayon
sakini gənc,
Azərbaycan Milli
Aviasiya Akademiyasının məzunu
Digər xəbərlər