Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq davam etdiriləcək

2021-03-03 Baxış: 757
img

“Türkün türkdən başqa dostu yoxdur” deyib atalarımız. Tarixin səhifələrini vərəqləyəndə bir daha əmin oluruq ki, dar günündə türkün yanında türk olmuş, türkün dadına elə türk çatmışdır. Bir millətin iki dövləti olan Azərbaycanla Türkiyə tarixin ən çətin məqamlarında həmrəylik nümayiş etdirmişlər. Bu qardaşlıq xalqımızın müstəqilliyinə və suverenliyinə misilsiz töhfələr vermişdir. 

Çanaqqala döyüşündə azərbaycanlıların türk qardaşları ilə çiyin-çiyinə döyüşməsi, daha sonra 1918-ci ildə Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Bakı şəhərini erməni-bolşevik işğalından azad etməsi həmin həmrəyliyin bariz nümunəsidir.

Azərbaycanın müstəqillik əldə etməsindən sonrakı dövr ərzində də Azərbaycanla Türkiyə Cümhuriyyəti arasında bir çox sənədlər, müqavilələr imzalanmışdır ki, onların arasında qarşılıqlı hərbi yardım və əməkadaşlıq məsələləri də öz əksini tapmışdır. Türkiyə dövləti artıq geridə qalmış Dağlıq Qarabağ probleminin mövcud olduğu müddətdə də bütün beynəlxalq platformalarda məsələnin  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün çalışmışdır. 44 günlük haqq savaşımızda da “qardaş ölkə” Azərbaycanın yanında oldu və öz dəstəyini nümayiş etdirdi.

Vətən Müharibəsinin ilk günlərindən Türkiyə sülhə və sabitliyə çağırış edən davranış nümayiş etdirməklə dövlət olaraq bir daha əsl məqsəd və məramını nümayiş etdirdi. Bu gün qardaş Türkiyənin NATO üzvü olaraq hərb sahəsində əldə etdiyi  yüksək nəaliyyətləri bizi çox sevindirir. Əminliklə deyə bilərik ki, Türkiyə hazırda dünyada ən güclü orduya malik ölkələr sırasındadır. Türk əsgərinin hazırlıq səviyyəsini onların atiterror əməliyyatlarında əldə etdikləri uğurlardan aydın görmək olar.

Türk hərb sənayesinin istehsalı olan müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının demək olar ki, dünyada analoqu yoxdur. Azərbaycan dövlətinin Türkiyə ilə həm də hərbi sahədə əməkdaşlığı hesab edirik ki, tam məntiqə uyğundur. Bu mənada Azərbaycan ordusunun daha da modrnləşdirilməsi, yüksək hazırlıqlı hərbçilərin yetişdirilməsi və bu işdə qardaş ölkənin təcrübə və köməyindən istifadə edilməsi doğru addımdır. İki ölkə arasında hərbi sahədə imzalanmış sənədlərin və bağlanmış müqavilələrin məqsədi buna hesablanıb.  Prezident İlham Əliyevin hər bir sahədə olduğu kimi bu sahədə də atdığı addımlar vaxtında və doğru atılmış addımlardır.

Ülvi Fərzəliyev
YAP Neftçala Rayon Təşkilatı Gənclər Birliyinin sədri