Azərbaycan regional əməkdaşlıqda hər zaman maraqlıdır.
2020-ci il sentyabr 27–də başlayan və 44 gün davam edən, Azərbaycanın şanlı tarixinin ən mükəmməl hadisəsi hesab edilən Vətən müharibəsi tarixi qələbəmizi gətirməklə yanaşı regionumuza böyük imkanlar açmışdır. Düşmənin yalvararaq imzaladığı 10 noyabır Bəyanatı özlüyündə regionun gələcəyi baxımından böyük tarixi əhəmiyyət daşıyır. Bəyanat təkçə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Cənubi Qafqazda olan tarixi nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Əlbətdə ki, 30 il mənfur düşmən tapdağında olan doğma vətən torpaqlarımızda nəqliyyat bu müddət ərzində iflic vəziyyətinə düşmüşdür. Halbuki, tarixən bu torpaqlar nəqliyyat yollarının mərkəzində yerləşib. Bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Bunu qarşı tərəfin qəbul edib-etməməsinin bizim üçün önəmi yoxdur. Sadəcə o yerlərdəki toponimləri araşdırmaq yetərlidir. Üçtərəfli Bəyanatın 9-cu maddəsinə əsasən bölgədəki bütün nəqliyyat infrastrukturu və iqtisadi əlaqələr bərpa olunmalıdır. Eyni zamanda maddədə göstərilir ki, Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsi ilə nəqliyyat əlaqələrinə Ermənistan birbaşa zəmanət verir. Zəngəzur dəhlizi əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımdan son dərəcə mühüm elementdir. Bir sözlə Zəngəzur dəhlizinin açılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinə yeni töhfələr veriləcəkdir. Bu həm sərfəli, həm də cəlbedici layihə hesab edilir. Bu dəhlizin istismara verilməsi ilə region ölkələri arasında iqtisadiyyatın və ticarətin canlanmasına səbəb olacaq, ən əsası qardaş Türkiyə ilə Azərbaycanın əsas hissəsinin birbaşa quru yolla əlaqəsi bərpa olunacaqdır. Bu prespektivlər hesabına Azərbaycan Mərkəzi Asiyaya qapı rolunu da oynanaycaqdır. Zəngəzur dəhlizindən Rusiya da müsbət mənada qazanacaqdır. Belə ki, Rusiya qatarları Zəngəzur dəhlizi vasitəsi ilə Azərbaycan ərazisindən keçərək, Ermənistan, Türkiyə, İran və Cənubi Asiya ölkələrinə istiqamətlənə bilər. Beləliklə Zəngəzur dəhlizinin açılması ilə region sadəcə qazana bilər. Zəif, gücsüz, blokada vəziyyətində yaşayan Ermənistanın isə itirəcəyi bir şey yoxdur. Çünki, bu dövlət hər bir halda bu günə qədər həyata keçirilmiş bütün regional layihələrdən kənar qalıb. Bunu heç şübhəsiz Ermənistan özü istəyib. Bu gün artıq reallıqlar tamam fərqlidir. Ermənistanın bu layihənin həyata keçirilməsinə sadəcə məcburdur. Bu tarixin, bu hadisənin isə könüllü ya məcburi baş verməsini zamanla görəcəyik. Azərbaycan isə bu məsələdə hər zaman olduğu kimi, sülhün, inteqrasiyanın, normal qonşuluğun tərəfindədir. Bunu Azərbaycan xalqının Lideri cənab İlham Əliyev artıq açıq şəkildə bəyan edib!
Zahra Ağaverdiyeva
Neftçala rayon sakini
Digər xəbərlər