Hakimiyyəti qazanmaq yalan və iftira pilləkənindən keçməməlidir!

2021-04-29 Baxış: 623
img

“Haqq incələr, üzülməz” deyib hikmət sahibləri. Zamanla inandığımız bu nəsihətlər müasir dünyanı bürüyən fitnə oyunları daxilində sanki yox olmaq üzrədir…Nədir bu insanların niyyəti? Əgər ki, onların niyyəti “haqlı olan deyil, güclü olan qazanır” düşüncəsidirsə, onda bilinsin ki, biz artıq dünyaya, bütün yalan və iftira dolu bəyanatlara qarşı “TURAN” olaraq dönəcəyik. Birliyimizin əbədi səsi ilə cavab verəcəyik. Qitənin birindən digərinə “təcavüz ocagı” olaraq daim münaqişə yaratmaq niyyəti ilə çıxışlar, çağırışlar edən bəzi “qondarma” siyasətçilər artıq dünyanın nizamını bildikləri kimi yönəltmək niyyətlərini gizlətmir, fitnə toxumunu necə hazırladıqlarını açıq-aşkar bəyan edirlər. Ermənilərlə müqavilə bağlayaraq hakimiyyətə keçən ABŞ prezidenti C.Bayden çox keçmədi ki, öz borcunu ödəmək üçün tarixi səhv bəyanat verdi. Onun 1915 - ci ildə Turkiyədə baş verməmiş hadisəni “erməni soyqırımı” kimi ifadə etməsi, tarixi hadisələrə nə qədər biganəliklə yanaşmasının əyani göstəricisi, saxtakarlıq mövqeyi, xalqların taleyinə soyuqqanlılıq münasibətidir. Bu təcavüz ocağına od atmaq kimi anlaşılır. “Siz, cənab Bayden, ermənipərəst olaraq və yaxud, erməni terrorçuların oğurluq, çirkli pulları ilə “seçki” mövqeyinizi qazanmağınızı bu ifadə ilə ödəmiş olursunuzsa, necə olur ki, Türk dünyasında baş verən faciələr sizi narahat etmir, heç düşündürmür də. Ancaq Azərbaycanın təbii sərvətlərini istismar edən, saysız terror hadisələri, faciələri törədən, milli-mənəvi incilərimizi vandallıqla dağıdan erməni terrorçuları sizə nədən bu qədər əziz və doğma görünür??? Bu sizin tarixi hadisələrə bir tərəfli mövqeyinizdən irəli gəlir. Və yaxud başqa adla Turkiyə dövlətinin artan nufuzu qarşısında xain mövqe sərgiləmək sizi utandırmır… Biz artıq bilirik ki, erməni vandalları təcavüzkarlıqla oğurladıqları sərvətlərimizi tək deyil, onları “qoruyan”, “sevən”, vaxtaşırı yardım pərdəsi altında silahla təmin edən “dost”ları ilə birlikdə udurlar. Lakin, bu haram yol onların sonunu yaxnlaşdırmaqdadır. Eləcə də qardaş Türkiyə dövləti ilə münasibətdə yenidən bohtanla bəyanat imzalamaq, bu fitnə ocaqlarının ümumi niyyətinin açıq görüntüsü, ikili siyasi xətt yürütmək, tarixi istədikləri kimi yeniləmək məkridir. Lakin bu artıq mümkün deyildir!!! Türk xalqlarının məskunlaşdığı coğrafi ərazilərin təbii resursları digər dövlətlərin maraqlarına səbəb olub zamanla. Lakin bu əsl həqiqət müxtəlif dolayı fitnələrlə don geyindirilib qarşıdurma yaranmasına, mümkün olduqca yerli əhalinin məcburi köçürülməsinə, terrorizm qurbanı olmasına səbəb olmuşdur. Rəsmi Ankaranın daim tarixi arxivlər açılsın, məsələnin həqiqi kökləri açıqlansın kimi təklifləri ermənilər tərəfindən susqunluqla qarşılanmışdır. Özləri kimi yalan, fitnə toxumu səpən “siyasi oyunbazlara” yardım edərək hakimiyyətə gətirib istədiyi ifadəni ucadan söylədilməsi, heç nəyi həll etməyəcəkdir. Biz daim qardaş Türkiyə dövlətinə birlik, həmrəylik düşüncəmizi əməlimizlə də bildirəcəyik. Necə ki, onlar da hər daim xalqımızın yanında olmuşlar. Bu fitnə saçan bəyanatlar türk dünyasının birliyinin sarsılmasına deyil, daha da birləşməsinə, güclənməsinə səbəb olacaqdır. Biz bütün fitnəkarlara qarşı—BİRLİKDƏ GÜCLÜYÜK!!! Birlikdə də qalib gələcəyik!!!

Bədirə Niftəliyeva,

Neftçala rayon sakini, ziyalı