İkili standartlar dövrü..
Keçən əsrin sonlarında Ermənistan müstəqillik əldə etdikdən sonra “soyqırım ideoloqları” müasir Türkiyə dövlətindən təzminat qoparmaq və ərazi iddiaları irəli sürmək üçün uzun illər dünyaya tanıtmaq uğrunda mübarizə apardıqları uydurma “soyqırım” məsələsini yenidən hallandırmağa başladılar. Hələ Osmanlı imperiyası dövründə imperiyanı parçalamaq istəyən dövlətlər müxtəlif planlar cızırdılar. “Şərq məsələsi” adlanan ideya da məhz həmin planların reallaşması məqsədilə ortaya atımışdı. Osmanlı ərazisində yaşayan xristian azlıqların mənafeyinin “qorunması” məsələsi bəhanələrdən biri idi. İmperiya ərazisində aysorlar, yunanlar və bir çox azlıqlar yaşasa da, erməni azlığı daha çox diqqəti çəkirdi. Bu isə onların xarakterindən, xəyanətkar olmalarından, satqınlığından, şəraitə uyğun olaraq dinlərini və məzhəblərini dəyişmək xislətindən irəli gəlirdi. Çox təəssüf ki, ikili standartlar dünyasında Türkiyənin haqq səsi deyil, erməni yalanları daha çox ayaq açıb yeriyir. Bir çox ölkələr o cümlədən ABŞ-ın 50 ştatının əksəriyyəti artıq uydurma soyqırımı tanımışdır. 1970-ci illərin sonlarından etibarən hər il aprelin 24-də ABŞ prezidentləri ermənilərə müraciətində Türkiyə ilə münasibətləri korlamaq istəmədiklərindən “soyqırım” ifadəsi əvəzinə “Böyük qırğın” ifadəsini işlətməklə kifayətlənmişdilər. Türkiyə höküməti 1989-cu ildən öz arxivlərini dünya tədqiqatçılarının üzünə açmışdır. Rəsmi Türkiyənin mövqeyi belədir ki, “erməni soyqırımı” ideyası bir araşdırma mövzusu kimi, siyasətçilərin deyil, tarixçilərin müzakirə predmeti olmalıdır. Türkiyə dəfələrə bəyan edib ki, komissiya yaradılsın, istər Türkiyədə, istərsə də xarici dövlətlərin arxivlərində olan sənədlər araşdırılsın. Məlum olan həqiqət odur ki, bir çox məşhur tədqiqatçıların gəldiyi nəticələrdə göstərildiyi kimi Türkiyə ərazisində heç vaxt ermənilərə qarşı qırğınlar törədilməmişdir. Əgər Türklər ermənilərə qarşı onların dediyi kimi soyqırım həyata keçirsəydilər, indi yer üzündə erməni qalmamalı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı bütün dövrlərdə olduğu kimi qardaş Türkiyənin yanında olduğunu bildirir və ABŞ prezidentinin qondarma “erməni soyqırımı” məsələsində tutduğu mövqeyini qətiyyətlə pisləyir.
Elçin Eybullayev,
Neftçala rayon sakini, müəllim
Digər xəbərlər