Qadını şantaj edərək pul tələb edən Neftçala sakini tutulub
2021-05-03
Baxış: 893
Bakıda qadını şantaj edən keçmiş məhkum tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən MAYAKİNFO-ya verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini olan bir qadın aprelin 27-də tanışının onun şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 200 manat pul tələb etməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş E.Sultanov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
2021-11-04
2023-04-18