Neftçala rayonunda işgüzar görüş keçirilib
2021-06-17
Baxış: 692
Neftçala Rayon İcra Hakimiyyətində Azərbaycan Risk Peşəkarları Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri və Azərbaycan Risk Peşəkarları Assosiasiyasının nümayəndələri iştirak edib.
MAYAKİNFO xəbər verir ki, görüşdə Neftçala şəhərində Neftçala Salyan rayonları üzrə Kiçik Orta Biznes ilə məşğul olan sahibkarlara, yeni biznes mühütinə qoşulan gənclərə məsləhət verilməsi, onlara xidmətlərin göstərilməsi ilə əlaqədar Neftçala şəhərində Kiçik Orta Biznes İnkişaf Mərkəzinin yaradılmasının vacibliyi vurğulanıb.
Görüş zamanı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayonun sosial iqtisadi inkişafı, quruculuq işləri və qarşıda duran perespektivlər barədə gələn qonaqlara məlumat verib. KOB İM-nin gələcək fəaliyyəti gənc startapçıların yetişdirilməsi, sahiblarlara dəstək və digər məsələlər müzakirə olunub.
Kiçik Orta Biznes İnkişaf Mərkəzinin Neftçala şəhərində yaradılması, koordinator və könülü gənclərdən ibarət fəaliyyəti nəzərdə tutulub. Neftçala rayonuna yeni investorların cəlb olunması, sahibkarların fəaliyyətində aqrar kreditlərin və maliyyə dəstəyinin göstərilməsində Kiçik Orta Biznes İnkişaf Mərkəzinin əhəmiyyəti mühüm qiymətləndirilib.
Görüş qarşılıqlı müzakirələr ilə davam edib.
Digər xəbərlər
2021-11-04
2023-04-18