Əbədi qazanılmış tarixi Zəfər!
2021-06-21
Baxış: 516
Azərbaycan xalqı uzun illər torpaqlarının işğaldan azad ediləcəyi günü gözləyib. Xalqımız torpaqlarımızın azad olunması üçün hər zaman sülh tərəfdarı olmuşdur.Lakin yaşanan hadisələr bu problemin həllinin sülh yolu ilə mümkün olmadığını göstərdi. Güclü ordumuz cəmi ay yarıma 30 ilə yaxın idi ki, erməni işğalında olan torpaqlarımızı başda Ali Baş Komandanımız olmaqla, xalqa güvənərək düşməndən azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.Mütləq zəfər qazanıldı. Azərbaycanın qələbəsi bölgəyə sülh, əmin-amanlıq gətirdi.Qafqazda zəfər qazanmaq üçün tək yumruq-tək ürək olan, milli birlik və bərabərlik hislərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan əsgəri böyük qəhramanlıq salnaməsi yazmış oldu.Xüsusi olaraq vurğulamalıyıq ki, adını Azərbaycanın Şanlı tarixinə qızıl hərflərlə yazdıran qalib, Baş Sərkərdə İlham Əliyev uzun illər işğal altında olan Azərbaycan torpaqlarını əsarətdən qurtardıqdan sonra Milli Qurtuluş gününü ilk dəfə Şuşada Cıdır düzündə Vətən müharibəsi dövründə Azərbaycana böyük siyasi və mənəvi dəstək verən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə qeyd etdi.Bu Şanlı zəfərdən sonra işğaldan azad olunmuş topraqlarımıza yeni nəfəs, yeni həyat gəlib. Dağıdılmış, viran qoyulmuş torpaqlarımız cənab Prezidentimizin rəhbərliyi ilə yenidən qurulur. 30 ilə yaxın müddətdə evindən, elindən, obasından didərgin düşmüş soydaşlarımız böyük coşqu, sevinclə evlərinə dönəcəklər. Qarabağda həyat yenidən qaynayacaq,bütün infrastruktur yenidən qurulacaqdır. Ölkəmizin qazandığı bu zəfər xalqımızın tarixində əbədi olacaq, bundan sonra xalqımız sülh və əmin-amanlıq içində yaşayacaqdır.
Şəbnəm Səlimova
Neftçala rayon sakini
Digər xəbərlər
2021-11-04
2023-04-18