Rəsmi İrəvanın siyasi təxribatları fiaskoya məhkumdur
Dünyada
siyasi və ictimai kataklizmlərin daha intensiv xarakter aldığı hazırkı dönəmdə
Cənubi Qafqaz regionunda baş verən hadisələr bir sıra aparıcı media
orqanlarının manşetlərində günün əsas məsələləri kimi dəyərləndirilir. Azərbaycan, Pakistan və Türkiyə arasında bütün
sahələrdə münasibətlərin ən yüksək səviyyədə olması, beynəlxaq və regional
platformalarda bu üç ölkənin biri-birini dəstəkləməsi, siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət,
müdafiə və digər sahələrdə əməkdaşlığın getdikcə inkişaf etməsi Azərbaycanın
əhəmiyyətini bütün dünyada xeyli artırmışdır. Rusiya,
Ermənistan və Azərbaycanın dövlət rəhbərləri tərəfindən imzalanmış 2020-ci il
10 noyabr tarixli üçtərəfli bəyannamənin bütün şərtlərinin dərhal və danışıqsız
yerinə yetirilməsi, eləcə də sülh müqaviləsinin bağlanması və bununla da
regionda davamlı sülhə nail olunması məsələsini Azərbaycan Hakimiyyətinin bu
gün qarşıya qoymuş olduğu ən prioritet istiqamət kimi dəyərləndirmək olar.
Özlərini “erməni siyasi elitası”na aid edən şəxslər, həmçinin politoloq və
ekspertlər dövlətin suveren atributu olan sərhədlərin dəqiqləşdirilməsinin və
ya ayrılmasının sülh və sabitlik, inkişaf və tərəqqi yolunda həlledici
əhəmiyyətini təəssüf ki, hələ də anlamır, destruktiv mövqedə dayanırlar. Erməni təbliğat maşını dayanmadan Azərbaycan
hərbçilərinin Ermənistan sərhədlərini pozması, erməni torpaqlarını ələ
keçirməsi, atəşkəs rejimini pozması barədə feyk məlumatları dünya mediasına və
siyasilərinə ötürür, ənənəvi “yazıq” və “əzabkeş” simalarını daha tünd
boyalarda təqdim edirlər. 1991-ci ilin dekabrında MDB-nin yaranması haqda
memorandum qəbul edilərkən, bütün birliyə daxil olan ölkələr bir-birinin torpaq
bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyaraq, onu imzaladılar. 1007 kilometr uzunluğu
olan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ona görə indi ləngiyir ki, ermənilər 1993-cü ildə
Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarını işğal etdikdən sonra
həyasızcasına 10-15 km məsafədə bu rayonların ərazisinə daxil olaraq yol çəkib
kənd salmış, erməni əhalini qeyri-qanuni
məskunlaşdırmış, ərazidən
otlaq kimi istifadə etmişlər. 44 günlük Vətən Müharibəsinin
nəticəsində ərazi bütövlüyümüz təmin olunduqdan sonra Azərbaycan tərəfi haqlı
olaraq sərhədlərin delimitasiya və demarkasiyasını beynəlxalq qanunları, sovet
dönəmindəki xəritələri, Vətən müharibəsindən sonrakı razılaşmaları əsas tutaraq
hərəkət edir. Ermənilər sovet dövrü xəritələrini bu proses üçün əsas hesab
etmirlər. Çünki, onda keçmiş dağlıq qarabağ muxtariyyətinin indiki ərazisinin
də Azərbaycana aid olmasını qəbul etməlidirlər. Rusiyalı politoloq Maksim
Şevçenkonun bu məsələdə tutarlı cavabı maraqlıdır: ” Ermənilər sovet dövrü
xəritələrini əsas kimi qəbul etmək istəmirlərsə, bəlkə onda Plini və Strabon dövrünün iki min
il əvvəlki xəritələrindən istifadə olunsun? Zəngəzur
dəhlizinə gəldikdə isə Ermənistan rəhbərliyinin daxili auditoriyaya
hesablanmış qeyri-konstruktiv yanaşmalarına baxmayaraq Dövlət başçısı cənab İlham Əliyev iyunun
15-də Türkiyənin SNN kanalına verdiyi müsahibədə Zəngəzur dəhlizi istiqamətində çəkilən dəmir
yolu və avtomobil yolunun ermənilərin istəyindən asılı olmayaraq sona kimi başa
çatdırılacağını vurğulamışdır. Prezident İlham
Əliyev ermənilərin pozucu və təxribatçı hərəkətlərinin əsassız olduğunu, iki
dövlət arasında qarşılıqlı anlaşmaya və dinamik inkişafa aparan sülh
müqaviləsinin bağlanmasının qaçılmaz olduğunu göstərərək qeyd etmişdir: “Bizim
bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər
xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri
bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra
ancaq və ancaq irəli”.
Firdovsi Tağıyev
Neftçala rayon sakini, ziyalı, müəllim
Digər xəbərlər