Ölkəmiz Qoşulmama Hərəkatında öz missiyasını layiqincə yerinə yetirir

2021-10-19 Baxış: 436
img
1961-ci ildə, Soyuq müharibənin tüğyan etdiyi zamanda məhz, gərginliyi azaltmaq məqsədilə yaradılmış Qoşulmama Hərəkatı zamanla dünyanın sülhə üstünlük verən, beynəlxalq ədaləti dəstəkləyən dövlətlərini öz ətrafında cəmlədi. Elə bu səbəbdən Azərbaycan bu hərəkata üzv olmağı qarşısına məqsəd qoydu. Ölkəmiz bu hərəkata 2011-ci ildə qoşuldu və hər zaman humanitar və sülh missiyasını layiqincə yerinə yetirdi. Azərbaycanın ədalətli mövqeyi, təşkilat üzvü kimi layiqli davranışı çox keçmədən layiqincə qiymətləndirildi. 2019-2022-ci illərdə Hərəkatın sədrliyi ölkəmizə həvalə edildi. Bu faktdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici diplomatiya sayəsində ölkəmiz bu gü həm regional, həm də dünya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər qurub. Əminliklə qeyd edə bilərik ki, dünyanın da bir çox iqtisadi və siyasi cəhətdən qüclü dövlətləri regionun lideri dövləti olan Azərbaycanla hərtərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasında xeyli maraqlıdırlar. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürdükdən sonra həm ölkəmiz, həm də Təşkilat bu idarəçilikdən böyük uğurlar əldə etdi və etməkdədir. Belə ki, Ölkəmiz Qoşulmama Hərəkatının sədri olaraq, ilk növbədə, dünyanı ağır durumda qoymuş, iqtisadiyyatını böyük itkilərə məruz qoymuş COVİD-19 pandemiyasına qarşı birgə üzv dövlətlərin bütün səylərini səfərbər edərək, beynəlxalq həmrəyliyə nail olmuşdur. Qeyd edək ki, Ölkəmizin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü təşkil olundu. Görüşdə Təmas Qrupunun üzvləri ilə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru və səlahiyyətli şəxslər iştirak etdilər. Hərəkatın Zirvə görüşündə qarşıya qoyulmuş hədəflərdən biri, məhz pandemiyaya qarşı effektivliyi artırmaq, habelə tibbi avadanlıqların alınması məqsədilə könüllü maliyyə töhfələrinin edilməsi idi ki, Ölkəmiz bu addımı atmaqla özünün humanitar, sülhpərvər simasını bir daha dünyaya nümayiş etdirdi. Bu gün ölkəmiz bu addımları atmaqla dövlətimizlə yanaşı, Hərəkatın da nüfuzunun yüksəldilməsinə xidmət edir. Ölkəmiz dünyada ilk dövlətlərdəndir ki, qlobal miqyasda peyvəndin qeyri-bərabər bölünməsinə diqqət çəkir. Ümumbəşəri bəlaya qarşı mübarizədə dünyanın vəhdət nümayiş etdirməsinin vacibliyini önə çəkir. Vaksinlərin qeyri-bərabər bölünməsinin yolverilməz olduğunu bildirir. Məhz, cənab İlham Əliyevin yürütdüyü ədalətli və uzaqgörən siyasət, həmçinin Təşkilatın fəaliyyətidəki Azərbaycanın rolu dövlətimizin ümumi maraqlarının da müdafiəsinə xidmət etmişdir. Buna misal olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin Ermənistanın 30 ilə yaxın müddətdə ölkəmizin ərazisini işğal etməsi və işğal faktını təsdiqləyən BMT-nin dörd qətnaməsinə əsasən birmənalı şəkildə mövqeyimizi dəstəkləmələrini qeyd edə bilərik. Biz bu dəstəyi 44 günlük Vətən Müharibəsində də gördük. Təşkilat bu dəfə də ədalətli mövqeyini ortaya qoyaraq, haqq savaşımızı haqqlı mübarizəmiz kimi dəstəklədi. Fəxr edirik ki, doğma Vətənimiz olan Azərbaycan bu gün sayılıb-seçilən ölkələr sırasındadır. Bu isə uzaqgörən, məqsədyönlü, ölçülü və biçili daxili və xarici siyasətin nümunəsidir
                Sona Haxıyeva
                Neftçala rayon sakini