Neftçalada şəhid ailələri, qazilər və müharibə iştirakçılarına qayğı daim diqqət mərkəzindədir.
2021-11-10
Baxış: 1269
Xalqla həssas münasibətin qurulması rayon rəhbərliyinin uğurlu fəaliyyətinin ifadəsidir.
Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir.
Azərbaycan 44 günlük Vətən müharibəsindən Böyük Zəfərlə yanaşı ölkədə yaranmış yeni soaial həssas təbəqə ilə çıxdı. Bunlar şəhid ailələri, qazilər və müharibə iştirakçılarıdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, onların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi bu istiqamətdə həyata keçirilən komplesk tədbirlərin bariz nümunəsidir.
Prezident İlham Əliyev Vətən üçün yola çıxan və şəhid olan heç bir əsgər ailəsini, heç bir qazini tək qoymadı, xəstəxanalarda onlara baş çəkdi, bütün ehtiyaclarının qarşılanması üçün dövlət qurumlarına və təşkilatlara tapşırıqlar verdi.
Zəfərdən ötən bir il müddətində Neftçala rayonunda Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun gördüyü işlər ölkədə aparılan dövlət siyasətinin uğurla həyata keçirilməsinin nümunəsidir.
Müharibə dövründə Neftçala rayonundan olan hərbçilərin göstərdiyi peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq Rayon İcra Hakimiyyəti başçısı tərəfindən şəxsən yüksək dəyərləndirilir.
Hər bir şəhid ailəsinin yaxını olmaq, onların problemlərini dinləmək, səmimi dialoqlar qurmaq, davamlı görüşlər ötən müddət ərzində rayonda aparılan işin əsas hissəsini təşkil edir. Çünki bu insanlar cəmiyyətin həssas təbəqəsidir və onlara göstərilməli olan diqqətin kökündə dövlətin və cəmiyyətin mənəvi borc məsələsi dayandığını diqqətdə saxlayan rayon rəhbərliyi tabeçiliyndə olan qurumlarla işin təşkilində bunu prioritet məsələ olaraq saxlayır.
Ötən bir il ərzində Neftçala rayonunda icra olunan sosial xarakterli layihələr arasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir , bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Belə ki, rayonda 44 nəfər şəhid, qazi və müharibə iştirakçısı kateqoriyasından olan şəxslər özünüməşğulluq proqramı çərçivəsində məşğulluq idarəsinin layihələrindən yararlanmış, 12 nəfər Neftçala rayon Təhsil şöbəsinə tabe olan məktəblərdə, 5 nəfər isə digər qurumlarda işlə təmin olunmuşdur.
Son bir ildə Neftçala rayon İcra Hakimiyyətinə müraciət edən şəhid, qazi və müharibə iştirakçısı kateqoriyasından olan şəxslər olub ki, bunlar Neftçala Rayon İcra Hakimiyyətinin rəhbəri cənab Mirhəsən Seyidovun şəxsən tapşırığı ilə rayon bələdiyyələri hesabında olan əkin sahələri ilə təmin olunublar.
Biz Neftçala RİH yanında İctimai şura olaraq rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidova şəhid, qazi və müharibə iştirakçısı kateqoriyasından olan şəxslərə göstərdiyi qayğı, diqqət, hörmət və ehtirama görə öz minnətlığımızı bildirir, ona gələcək işlərində uğurlar arzulayırıq.
Neftçala rayon İctimai Şurası
×
Digər xəbərlər
2021-11-04
2023-04-18