Neftçalada qanunsuz ov edən Bakı sakinləri saxlanılıb.

2021-12-14 Baxış: 673
img

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Araşdırma zamanı brakonyerlərin Neftçala rayonunda qanunsuz ov edən Bakı şəhər sakinləri Zaur Namazov, Zahir Həsənov və Elşad Şükürov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.