Neftçalada sahibkarlarla görüş keçirilib.

2021-12-18 Baxış: 897
img
16.12.2021-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyəti, Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzi, Salyan KOB Dostu və Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə sahibkarlarla görüş baş tutub.
Tədbir “Prior Leasing” ASC, Almaniyanın «Claas» texnologiya şirkəti, Mediasiya Şurası, "Şelkovo Aqroxim" şirkəti, “Unibank” Kommersiya Bankı” ASC, Rabitəbank ASC, "Expressbank" ASC, "Access Bank" QSC, Melorasiya İdarəsi nümayəndələrinin və taxılçılıq, pambıqçılıqla məşğul olan kəndli fermer təsərrüfatı sahiblərinin də iştirakı ilə keçirilmişdir.Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sahibkarlara göstərdiyi dəstək və xidmət mexanizmləri, eyni zamanda KOBİM-lərin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bununla yanaşı, sahibkarların mövcud problemləri dinlənilərək müfaviq tövsiyələr verilib, qurum nümayəndələri tərəfindən onları maraqlandıran suallar cavablandırılıb. Görüş sonunda 3 sahibkarla "Şelkovo Aqroxim" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Sahibkarların və öz biznesini qurmaq istəyən şəxslərin məlumatlandırılması və ehtiyaclarının müəyyən edilməsi məqsədilə Neftçala-Salyan KOBİM tərəfindən bu kimi görüşlərin həyata keçirilməsi davam etdiriləcək.

Qeyd edək ki, Neftçala-Salyan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.