“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Azərbaycanın enerji təhlükəsizliyində mühüm rolu olacaqdır
Əminliklə deyə bilərik ki, bu ilin 13 yanvar tarixində ölkəmiz üçün əhəmiyyətli bir hadisə baş verdi. Müasir dünyanın sənaye inqilabları ilə ayaqlaşmaq potensialını artıq sübut etmiş Azərbaycan bu dəfə elektrik enerji istehsalında bərpaolunan ehtiyatlardan istifadəyə üstünlük verdiyini nümayiş etdirdi. Təbii iqlim potensialı paxımından daha uyğun olduğu üçün Xızı rayonu ərazisində külək elektrik stansiyasının təməli qoyuldu. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən tikiləcək “Xızı-Abşeron” külək elektrik stansiyası ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçiriləcək ilk sənaye həcmli bərpa olunan enerji layihəsidir. Bir məsələni də qeyd edək ki, stansiya Azərbaycanda ən böyük külək enerji stansiyası olacaqdır. Müqayisə üçün qeyd edək ki, hazırda ölkəmizdə ən böyük külək elektrik stansiyası Xızı rayonunun ərazisində yerləşən 50 MVT gücündə “Yeni Yaşma” külək elektrik stansiyasında 20 külək turbini var və onların hər birinin gücü 2.5 MVT-dır. Bu layihədə isə 37 külək turbininin quraşdırılması nəzərdə tutulub ki, onların da hər birinin gücü 6.5 MVT olacağı planlaşdırılır. Layihənin investisiya dəyəri isə 300 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Qeyd edək ki, “ACWA Power” şirkəti ölkə xaricində ilk dəfədir ki, bu həcmdə investisiya yatıracaqdır. Əlbəttə ki, bu fakt özü onu deməyə əsas verir ki, Səudiyyə Ərəbistanı Krallığı da da digər ölkələr kimi Azərbaycana etibarlı tərəfdaş kimi baxır. Bir məsələni də xüsusi vurğulamalıyıq ki, bu iki ölkə arasında münasibətlər əsl səmimi dostluq üzərində qurulub. Bu iki ölkə bir-birinin ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir. Dini, milli baxımdan dərin tarixi bağlılıqları olan ölkələrmiz arasında olan münasibətlər Krallığın ölkəmizin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsindən sonra daha da möhkəmlənmişdir. Səudiyyə Ərəbistanı əsl ədalət nümunəsi nümayiş etdirərək daim Azərbaycanı keçmişdə qalmış “Dağlıq Qarabağ” münaqişəsində dəstəkləyib. Krallıq açıq şəkildə Ermənistanı təcavüzkar ölkə kimi tanıyaraq onlarla bütün istiqamətlərdə əlaqələrini kəsmişlər. Bu fakt özlüyündə çox mətləbə aydınlıq gətirir. “ACWA Power” şirkəti tərəfindən təbii ki, belə böyük həcmdə özəl investisiyanın ölkəmizə cəlb olunması Azərbaycanda aparılan islahatların məntiqi nəticəsidir. Ölkəmizdə iqtisadi sabitlik və əlverişli investisiya mühiti hazırda sərmayədarlarda böyük inam yaradır. Nəticə etibarilə Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən bərpaolunan enerji sahəsinə özəl investisiyalar yatırılır. Bu tipli layihələr dövlətin enerji təhlükəsizliyinə ciddi töhfələr verəcəkdir. Bundan başqa bu layihələrin işə düşməsi nəticəsində atmosferə atılan zərəli qazların qarşısı alınacaqdır. Bu da öz növbəsində ekologiyaya verilən müsbət töhfələrdən biri olacaqdır. Sevindiricidir ki, cənab Prezident İlham Əliyev tərəfindən 2030-cu ilə qədər ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücünün 30 %-ə çatdırılması hədəf kimi qoyulub. Əlbəttə ki, reallaşdırılacaq bu layihələr ölkəmizin gücünə əlavə güc qatacaqdır. Ölkəmiz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə hələ çox uğurlara imza atacaq, daha yüksək zirvələri fəth edəcəkdir.
Zeynəb Məmmədova
Neftçala rayon sakin
Digər xəbərlər