Su Polisi Neftçalada əməliyyat keçirib .

2022-02-08 Baxış: 1140
img

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları fevral ayının 8-də Mil-Muğan kollektorunun Neftçala rayonu ərazisindən keçən hissəsində əməliyyat keçirib.

MAYAKİNFO xəbər verir ki, keçirilən əməliyyat tədbiri nəticəsində polis əməkdaşları tərəfindən kollektorda qanunsuz balıq ovu ilə məşğul olan Salyan rayon sakini Əliyev Elşən Bayram oğlu saxlanılmışdır . Reyd zamanı saxlanılan şəxsin nəsli kəsilməkdə olan 95 ədəd İlanbalığı (Minoqa) ovladığı polis əməkdaşları tərəfindən aşkar edilmişdir. 

Faktla bağlı araşdırma aparılır.