Ölkənin uğurlu enerji strategiyası ona imkan verir ki, Azərbaycan öz daxili imkanlarını ödəməklə yanaşı qonşu ölkələrə də elektrik enerjisi ixrac etsin

2022-02-17 Baxış: 455
img

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasi kursun uğurlu icrasının nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatının bütün sahələrində uğurlu nailiyyətlərə nail olunmuşdur. Açıq etiraf etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində ölkə iqtisadiyyatında və sənayenin bütün sahələrində olduğu kimi energetika sahəsində də köklü problemlər yaranmış, demək olar ki, Azərbaycan öz enerji  təlabatının müəyyən hissəsini qonşu dövlətlərdən almağa məcbur olmuşdur. Enerji təlabatının qonşu dövlətlərdən idxal olunması Azərbaycana çox böyük maddi vəsait hesabına başa gəlirdi və bəzən Azərbaycanın qonşu dövlətlərə milyonlarla dollarla ölçülən borcları yaranırdı. Çox sevindirici haldır ki, artıq o ağrılı, acılı günlər geridə qalmış, cənab İlham Əliyevin xeyir-duası ilə ölkə iqtisadiyyatının bütün sferalarında olduğu kimi elektrik enerjisinin əldə olunması və bu sahədə mövcud infrastrukturun tamamilə yenilənməsi istiqamətində də aparılan uğurlu islhatalar öz müsbət nəticələrini verməkdədir. Tam əminliklə qeyd edə bilərik ki, bu gün  ölkənin mövcud elektrik stnsiyalarının  yenidən bərpası və yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə Azərbaycan özünün dayanıqlı elektrik enerjisinə olan təlabatını ödəməklə yanaşı, ixrac imkanlarına da sahib olmuş və bütün bu kimi hallar ölkə büdcəsinə çox böyük rəqəmlərlə ölçülən vəsaitlərin daxil olması ilə nəticələnməkdədir. Prezident cənab İlham Əliyevin “Qobu” Enerji Qovşağının açılışında iştirakı və mövcud infrastrukturla yerindəcə tanış olması bir daha bizlərdə tam əminlik hissi yaratdı ki, bu gün Azərbaycanın elektrik enerjisi təminatında heç bir problem ola bilməz və bu sahədə görülən işlər gələcək inkişafa hesablanmışdır. Energetika sahəsində bizləri sevindirən ən mühüm nailiyyətlərdən biri də odur ki, artıq Azərbaycanın bu sahədə ixrac potensialı formalaşıb. Bu gün Azərbaycan bir vaxtlar elektrik idxal etdiyi dövlətlərə artıq elektrik enerjisi ixrac edir. Belə ki, ötən illər ərzində Azərbaycan qonşu İran, Türkiyə və Rusiya, Gürcüstan kimi dövlətlərin enerji təlabatının ödənilməsində iştirak etmişdir. Qeyd etmək istərdim ki, bütün bu sadalanılan amillər bundan sonra da Azərbaycanın istər regionda, istərsə də beynəlxalq müstəvidə nüfuzunun artmasına təsir etməklə yanaşı, həm də ölkəyə əlavə yeni investisiyaların, valyuta axınının artmasına səbəb olacadır. Bu istiqamətdə əldə edilən vəsait və dividentlər ölkə iqtisadiyyatının digər sahələrinin inkişafına yönəldilərək ən qısa zamanda yeni-yeni uğurlar qazanılmasını şərtləndirəcəkdir.

 

Fərid Əhmədov

Neftçala rayon sakini