1918-ci ilin mart soyqırımlarında qətlə yetirilənlərin sayı on minlərlə ölçülür
1918-ci il martın 30-da şəhərdə
atəş açıldı. Bu, erməni daşnak-rus bolşevik birləşmələrinin Bakı Sovetinin
rəhbərliyi altında törədəcəkləri dəhşətli qırğınların, böyük faciələrin ilk
səsi, sədası oldu. Bununla da Bakının və onun qədim sakinlərinin qara günləri
başladı. Çoxdan planlaşdırılan soyqırımı aktı xüsusi amansızlıqla həyata
keçirilirdi. Günahsız insanlara işgəncələr verilir, diri-diri yandırılır,
evlərinə od vururdular.
Düşmənin hədəfində yalnız Bakının
müsəlman əhalisi deyildi. Həm də bu şəhərin maddi-mədəni sərvətləri də
talanırdı. Ermənilər qədim, gözəl Bakının sinəsinə dağ çəkir, mənəvi dəyəri
böyük, gözoxşayan, hərəsi bir tarix olan tikililəri dağıdırdılar.
Şəhərdə Bakı Sovetinin erməni daşnak-rus bolşevik qüvvələrinin azərbaycanlılara
qarşı törətdiyi qanlı qırğınlar zamanı ictimai və şəхsi binalara da çoх böyük
ziyan dəymişdir. Belə ki, "Açıq söz" və "Kaspi"
qəzetlərinin redaksiyaları yandırılmış, Qurani-Kərimin yenicə çap olunmuş 5 min
nüsxəsini yandırıb külə döndərmişdilər.Bakıda ən iri məscid
bombalanmışdı. İsmailiyyə Хeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar
Sarayı ansambılına daхil
olan ХIV əsrdə tikilmiş Keyqubad məscidi, Bazar küçəsindəki Хanlarovun evi ,
keçmiş "İsgəndəriyyə" mehmanхanasının binası dağıdılmışdı. Bazar və
Qubernski küçələrinin tinindəki "İslamiyyə" mehmanхanası da dağıdılmışdı.
Azərbaycanlıların soyqırımı Şamaxı,
Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Salyan, Neftçalada da eyni
qəddarlıqla həyata keçirildi, dinc əhali kütləvi şəkildə məhv edildi, kəndlər
yandırıldı, tikililər, milli mədəni irsimiz, tarixi abidələr dağıdıldı. Bakıda azərbaycanlıların soyqırımı hələ başa çatmamış, bu qanlı qırğınları qəzalarda da həyata keçirməyə başlamışdılar.
St.Şaumyanın fitvası ilə
erməni daşnak – rus bolşevik silahlı dəstələri, Şamaхıda Sovet hakimiyyəti
qurmaq adı altında, Bakıda törədikləri
dəhşətli qırğından sonra ikinci qırğını Şamaхı qəzasında törətmişdi.
St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti erməni hərbi
hissələrini Şamaхıya göndərərək yerli azərbaycanlılara qarşı dəhşətli qırğınlar
törətmişdilər. On üç məhlə məscidi və məşhur müqəddəs Ocaq – Cümə məscidi
yandırılmışdı. Bu məscid müsəlmanlara həm qibləgah kimi, həm də qədim abidə
kimi əziz idi. Şamaхı hadisələri ilə bağlı "Azərbaycan"
qəzetində gedən bir yazıda qeyd olunmuşdu ki, Lalayevin Şamaхı müsəlmanlarına tutduğu divan bizim bu müharibə dövründə
üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur.
Quba Soyqırımı Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. 1918-ci
ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib,
Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də
yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. 2007-ci ildə Quba şəhərində
aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib. Abidə
üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və
çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidənin
iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə
çıxması həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir. Abidə bütövlükdə
brutto-betondan hazırlanıb. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm
etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən istifadə olunmayıb. Muzeyin ekspozisiyasında
1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və
Göyçayda müsəlman əhalinin soyqırımı
tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus
və ingilis dillərində təqdim olunur.
"Azərbaycan" qəzetinin
1918-ci il 3 noyabr tarixli nömrəsində dərc edilmiş "Maraqlı bir sənəd”
məqaləsi Salyan və Neftçalada yerli dinc əhaliyə qarşı törətdikləri qırğın və
vəhşilikləri təsdiq edən bir sənəddir. Ermənilər gecələr gəmilərdə gecələyir,
gündüzlər isə talançılıq edib yaramaz əməllərlə məşğul olurdular. Uzunbabalı
kəndinin əhalisini tamam qırmışdılar. Qaralıda qadınları, uşaqları, körpələri güllələmişdilər. Qaralı kəndində gənc bir kənd
sakini Əsgər Əsgərovdan köhnə bir aynalı tüfəng tapdıqlarına görə kənd
sakinlərinə amansız işgəncələr vermiş, onları güllələmişdilər. Kənd sakini 114
yaşlı mərhum Zərxanım nənənin söylədikləri insanı dəhşətə gətirir: "Ermənilər heç kəsə aman vermirdilər.
İnsalar canlarını götürüb hərə bir tərəfə qaçırdı. Atam bizi – məni və bacımı
yeddi gündən sonra, anamı isə dörd gündən sonra tapa bilmişdi. Həmin günlərdə
Kür çayından yeddi gün öldürülmüş insanların meyitləri axdı…”
Yaşlı nəslin nümayəndələri
söyləyirdilər ki, Kürün sol sahilindəki Pirəbbə, Yuxarı Qaramanlı və İkinci
Qaralı kəndlərinin əhalisi yaxınlıqdakı hər tərəfi düzəngah olan Dirov dağını
etibarlı sığınacaq bilib burada gizlənmişdilər. Ötən əsrin 70-ci illərinə kimi yaşamış Kür Qaraqaşlı kənd sakini
Sürəyya Abbasovanın əlini ermənilər biləkdən kəsmişdilər. Üç gün Babazanan
dağının ətəyində – şoranlıqda, öldürülmüş qardaşlarının meyitləri yanında
hüşsuz halda qalmış Sürəyyanı türk əsgərləri tapmışdılar.
Nəcəf Məmmədov da bunu belə
xatırlayırdı ”Qonsumuz vardı Məşədi Əli
adında .Qaravəllinin zənən uşağını arabaya mindirib Babazənni tərəfə aparıb
orda gizlətmişdi. Bundan xəbər tutan ermənilər geri çəkilərkən Dirov dağında
gizlənənlərin heç birinə aman vermədən onları öldürmüşdülər. Dirov dağında
tapılan insan skletləri də bu faktı təsdiqləyir. Kim bilir, bəlkədə
Babazənən adının yozumunda bu hadisənin xatirəsi yaşayır.Yoxsa bir dağa nədən
Babazənni adını verərlər ? Köhnə tarix kitablarında bu dağ Qafqazın ən tanınmış
ziyarətgahlarından biri kimi yad olunur. Babazənni, Babizənən , Qadınlar
qapısı, İsmətin, qızlığın, bakirəliyin sığındığı ümid qapısı kimi xatırlanır. Babazənni
dağının yaxınlığındakı Dirovdağ da bu yaxınlarda erməni barbarlığının çox
dəhşətli bir nişanəsi - Burada insan
sümüklərinin böyük bir toplusu
aşkarlandı. Kütləvi məzarlıq 1918 –ci ilin yadigarıdır. Qoca, uşaq və qadınların
kütləvi şəkildə qətlə yetirilməsinin
tanığını tarix 90 ildən sonra insan sümükləri şəklində üzə çıxardı.
Erməni-rus
hərbi qüvvələri Kür Qaraqaşlıya çatdığı gündən bir gün əvvəl köməyə gələn türk
hərbi qüvvələri Salyanda Kür çayı boyunca yerləşib mövqe tutmuşdular. 5-ci
Qafqaz ordusundan 100 nəfərə yaxın türk hərbi qüvvələri köməyə gəlmişdi. Kür
Qaraqaşlı kəndində Kür çayının Qaraboğaz adlanan ərazisində yerli könüllülər və
türk əsgər və zabitləri döyüşə hazır vəziyyət aldılar. Qazılmış səngərlərdə
türk əsgərləri ilə yerli özünümüdafiə qüvvələri birlikdə yerləşirdilər.
"İyunun
28-də türk dəstəsinə hücum edən düşmən qoşunları bir nailiyyət əldə edə bilmədi, iyunun 29-da düşmənin sağ
tərəfdən mühasirəyə alma təşəbbüsü milis atlıları tərəfindən dəf edildi. İyulun
2-nə dəqər davam edən toqquşmada düşmən çox pis biçimdə parçalandı və pərişan
bir vəziyyətdə, milis süvari alayının təqibi altında cənuba çəkilmək
məcburiyyətində qaldı”.
Türklərin atdığı top atəşləri
nəticəsində düşmənin bir gəmisi-"Demosfen,, vurulub sıradan çıxarılır.
Gəmilərin daha 3-ü ağır, 2-si isə yüngül zədə aldı. Növbəti vuruşma 1918-ci il iyulun 12-də
Novavasilyevka-Bankə xəttində olmuşdur. Döyüşdə düşmənin böyük hissəsi məhv
edilmişdir. Xilas ola bilənlər isə gəmilərlə qaçmışlar. Milli dövlətimizin hərbi
qüvvələri və onlara köməyə gələn qardaş türk hərbçilərinin köməyi
olmasaydı, insan qırğınlarının sayı daha
da çox olardı. Neftçalada baş vermiş
döyüşdə türk dəstəsindən 11 əsgər şəhid olmuşdur. Şəhid olmuş türk əsgər və
zabitləri müsəlman qaydasında böyük ehtiramla Seyidlər kəndində dəfn
edilmişlər. Hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü insanlar axın-axın
bu abidə önünə gəlir, o faciədə şəhid olmuş bütün doğma insanların, o cümlədən
qardaş köməyinə gəlib bizlərdən ötrü canını qurban vermiş türk oğullarının əziz
xatirəsini anılır.
Gülmirə Səfərova
YAP Neftçala rayon təşkilatı Mədəniyyət Ərazi Partiya təşkilatının fəal üzvü
Digər xəbərlər