2003-2018-ci illərdə Respublikanın su təhcizatı məsələləri əsasən öz həllini tapmışdır
2004-cü ildə Bakının su təhcizatı ilə bağlı problemləri çox ciddi idi. O
vaxt Bakı sakinlərinin 29 faizi içməli su ilə təmin olunurdu. 2018-ci ildə bu
rəqəm 81 faizə çatmışdır.Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali
içməli su ilə təmin edilirdi, 2018-ci il
üçün bu rəqəm 67 faizə çatmışdır.
Elm və texnika sürətlə inkişaf
etdikcə su təsərrüfatının nəqli və istismarı sahəsində yeni, eləcə də müasir
tələblərə cavab verən infrasturukturların yaradılması dövlətimizin rəhbəri,
cənab İlham Əliyevin meliorasiya və su təsərrüfatının inkişafı ilə bağlı
müxtəlif sərəncamlarında öz əksini tapmışdır. Su təchizatı hər bir ölkə üçün
strateji əhəmiyyət daşıyır.
Son illərdə ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən infra-struktur layihələri arasında ölkənin etibarlı su təchizatına
nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur. Ölkə
Prezidenti mütəmadi olaraq dövlət büdcəsindən ayrı-ayrı şəhərlərin su
təchizatının yaxşılaşdırılması üçün vəsaitlər ayırıraraq suvarma və içməli su
ilə bağlı problemlərin zamanında aradan qaldırılması, eləcə də infrastrukturun
yenilənməsi tədbirlərinin həyata keçirilməsinə nail olur.
Ölkəmizdə bu sahədə catışmazlıqların
aradan qaldırılması istiqamətində dövlət tərəfindən mühüm tədbirlər planının
tətbiqi nəticəsində nail olunduğu mümkün olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı
dövlət proqramının tətbiqi meliorasiya və su təsərrüfatının inkişafından da yan
keçməmişdir. . Cənab prezident öz çıxışında suvarma suyu ilə bağlı görülmüş
işlərin diqqətdə saxlanıldığını və ölkə üzrə su problemi ilə bağlı təminatın
100 faizə çatdırılmasını tapşırmışdır.
Son illərdə Azərbaycanda nəhəng su
layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişmişdir. Bu da Oğuz-Qəbələ-Bakı
su kəmərinin çəkilişi, paytaxtımızın su təchizatında əhəmiyyətli dərəcədə dönüş
yaratmışdır. Böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılmış və
Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadasının içməli su təchizatı
istiqamətində həyata keçirilən ən iri layihə hesab olunur. Bu layihələrin
realaşdırılması ilə müxtəlif su anbarlarının tikilməsi ilə su ehtiyatının
təminatına da nail olunmuşdur.
Bundan başqa Taxtakörpü su
anbarının tikintisi də tarixi layihədir. Bu layihə regionların sosial-iqtisadi
inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan çox
vacib layihələrdən biridir. Taxta körpü anbarın su tutumu kifayət qədər
böyükdür - 270 milyon kubmetr həcmindədir. Taxta körpü su anbarından
Ceyranbatan su anbarına qədər yeni beton kanalı tikilmişdir. Ceyranbatan su
anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa
edilməsi, Bakı şəhərinə keyfiyyətli suyun verilməsi ilə nəticələnmişdir.
Şəmkirçay su anbarı da öz
növbəsində mühüm əhəmiyyətli qurğulardan olub, su tutumu 165 milyon kubmetrdir
və qərb zonasının bir neçə rayonunun suya olan tələbatlarını ödəməkdədir. Cənub
zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları bu qəbildən olan müasir
qurğulardan hesab olunur. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının
həcmi 470 milyon kubmetr təşkil edir. Ölkə başçısı bir daha
vurğulamışdır ki, suya qənaət olunmalı və yeni layihələrin həyata keçirilməsi
üçün dünya praktikası öyrənilməli, eləcə də müasir tələblər əsasında yeni
layihələrin həyata keçirilməsi üçün həm yerli, həmdə xarici mütəxəssislərin
köməyindən istifadə edilməlidir.
Cənab prezident su təminatının
gələcək inkişafı ilə bağlı çıxışında nöqsanlara da yer ayırmışdır. Suyun
çatışmazlığı iqtisadiyyatımızın, kənd təsərrüfatının inkişafının, fermerlərin
gəlirlərinin azalmasına səbəb olduğunu vurğulanmış, itkilərin kəskin
azaldılması ilə bağlı kompleks tədbirlərin görülməsini zəruri hesab etmişdir.
İtkilərin əsas mənbəyi kimi torpaq kanallarından istifadə nəticəsində yaranması
göstərilmişdir. Bu nöqsanların aradan qaldırılmasında yerli və mərkəzi icra
orqanlarının, hüquq mühafizə orqanlarının birgə fəaliyyətini də zəruri hesab
etmişdir.
Gələcəkdə 22 kanalın
yenidən qurulması planlaşdırılır. Bunun nəticəsində təqribən 300 min hektara
yaxın əkin sahəsinin su ilə təminatının tam həll ediləcəyi nəzərdə tutulur. Su
ehtiyatlarımızın qiymətləndirilməsində və dəyərləndirilməsində alimlər mütləq
iştirak etməli, bu işlərə ekologiya üzrə mütəxəssislər cəlb olunmalıdır. Bu
işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi
işlənməlidir. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum vardır:
“Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar
Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara
bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası,
Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı
şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər aradan
qaldırılsın. Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni
layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq
Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir.
Yer üzündə bütün canlılar su sayəsində həyatını davam etdirir.
İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Su həyat deməkdir.
Safura Səmədova,
YAP Neftçala rayon təşkilatının əməkdaşı
Digər xəbərlər