Salyan gəncləri Kür çayı sahilində “Trashtag” aksiyası keçirib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan
nümayəndəliyi və ABŞ səfirliyi ilə icra olunan "Learn to care"
ingilis dilinin təkmilləşməsinə fokuslanan ekoloji maarifləndirmə layihəsinin birgə
təşkilatçılığı ilə “Təmiz Salyan” fəaliyyəti çərçivəsində Kür çayının Salyan
rayonu ərazisindən keçən hissəsinin bir qismində “trashtag” aksiyası keçirilib.
Aksiya çərçivəsində gənclər torpaqda gec çürüyən
materialları, polietlen paketləri, plastik butulkaları yığıb, zibil qutularına
yerləşdiriblər.
Təmizlik aksiyası çirklənməni azaltmaq,
tullantıların yığılıb qalması hallarını aradan qaldırmaq, zərərli kimyəvi maddə,
materialları minimuma endirməyə dəstək olmaq və gənclər arasında ekoloji
maarifləndirmənin artırılması məqsədilə keçirilib.
Sonda gənclər ekoloji maarifləndirmə məqsədilə
“Bu mənim zibilim deyil, amma mənim planetimdir” və “Həll yolu daha az
tullantıdır” şüarları ilə çıxış ediblər.
Salyan gəncləri hər bir rayon sakinini rayonun təmiz
olmasına töhfə verməyə və daha təmiz planetdə yaşamaq üçün çalışmağa səsləyir.
Digər xəbərlər