Ana dilimizin qorunmasında tarixi təşəbbüs
2022-04-21
Baxış: 522
Dilimiz varlığımızın əsas göstəricisi, birliyimizin, tarixi köklərimizin danılmaz qaynağıdır. Ana dilimizin əsrlərlə əsarətdə qalması, bu dildə yazı, dövlət sənədlərinin verilməsinin yasaq edilməsi hər birimizə məlumdur. Lakin dilimizin doğmalığı, ana laylasından ruhumuza, qanımıza hopan həzinliyi, şirinliyi bizi xalq olaraq qadağalar olduqca ona daha da möhkəm bağlamış, min illərin qanlı-qadalı yollarından öyüd-nəsihətləri, hikmətli kəlamları ilə bu günümüzə qədər daşımışdır. Əlbəttə ki, xalqın əsas əlaməti kimi dilimizin qorunması hər bir zamanın düşüncəli, öncül insanlarının əsas xidməti olaraq yaşadılmışdır. Nə qədər qadağalar olsa da, bu dil kimliyimizin əsas göstəricisi olaraq qorunmuş, bizimlə qala bilmişdir. Dil bir xalqın tarixidir, onu öz kökünə bağlayan birlik səsidir. Bu mənada xalqımıza qarşı daim kölə siyasətini yürütməkdən usanmayan “böyük güclər” dilimizin sıxışdırılması, onun zaman etibarlə zəifləməsi üçün müxtəlif yollardan istifadə etməyə çalışıblar. Lakin zamanın amansız, sərt küləkləri bu yolda saysız Azərbaycan övladlaının sürgün edilməsinə, qətlinə fərman versə də, ana dilimiz ölməmişdir. Yaşayaraq mübarizlik yolumuzda mənəviyyat aynamız, yorulmaz silahımız olaraq haqq səsimizi ucaltmışdır. Ana diimizin qorunmasında əvəzsiz xidmətləri ilə müasir tariximizdə seçilən, sevilən şəxsiyyətlərin önündə Ümummilli lider Heydər Əliyevin nümunə olan fəaliyyəti dayanır. Öz vətənini sevən, tarixinin hər sətrini daim təhlil edərək milli kimliyimiz üğrunda yorulmadan mübarizə aparan bu böyük şəxsiyyət dilimizin qorunması, genişlənməsi üçün bütün mümkün ola biləcək imkanlardan istifadə edərək Azərbaycan dilinin hüquqlarının qorunması, bərpası üçün böyük xidmət göstərmişdir. Xalqının taleyinə yaşadığı ömürdə heç zaman biganə qalmayan, əksinə, düçar olduğu zamanın bütün sınaqlarında yanında olan, xalqını qoruyan, onun haqq səsinə səs verən Ümummilli lider Heydər Əliyev hələ Azərbaycan Respublikası keçmiş Sovet İttifaqının tərkibində olduğu dönəmlərdə də bu milli məsuliyyəti dərk edərək dilimizin hüquqlar;nı qorumuşdur. Belə ki, onun təşəbbüsü ilə Azərbaycan Respublikasına rəhbərlik etdiyi dönəmdə qəbul edilən Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyasına Azərbaycan diinin hüququ qüvvədə ola biləcəyi maddə salınmışdır. Məhz bütün təzyiqlərə, təsirlərə, sınaqlara rəğmən Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş tarixi təklif həmin il qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində öz əksini taparaq “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” ifadəsi ilə hüququ status almışdır. Bəllidir ki, həmin illərdə bu maddənin qəbul edilməsi çox böyük önəm daşıyırdı. Bu işin icrasını reallaşdıran, xalqımızın milli varlığının əsas göstəricisi olan Azərbaycan dilinin dövlət dili statusu ilə yaşatmaq əsl fədakarlıq nümunəsi idi. Bizim öz kökümüzdən qopmayacağımızın qanuni əsası idi. Bu bizim müstəqillik yollarından çəkilməyəcəyimizin düşüncəsi idi. 1995- ci ildə qəbul edilən müstəqil Azərbaycanın Konstitusiyasında da dövlət dilimiz haqqında maddə öz əksini tapdı. 158 maddədən ibarət olan bu konstitusiyanın 21-ci maddəsində dövlət dilimizin Azərbaycan dili olması hüququ qaydada təsdiq olunmuşdur. Ümummilli lider Heydər Əliyevin dövlətçilik tariximizdə, milli ruhun qorunması yollarında xidmətləri hər bir Azərbaycan vətəndaşına nümunə olan xidmətdir. Eləcə də dilimizin qorunması yollarında alimlərin, ziyalıların fəaliyyətinin dəyərləndirilməsi, bu sahədə 2001-ci ildə imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, “1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili gününün” təsis edilməsi haqqında Fərmanların, 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ana dilimizin nə qədər böyük sevgi ilə qorunmasının təzahürüdür. Bu gün Müzəffər Prezidentimiz cənab İlham Əliyev bizlərə miras qalan bu böyük xəzinəmizin qorunması işini yüksək səviyyədə davam etdirərək bu sahədə böyük işlər görmüşdür. 2004-cü ildə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və digər imzaladığı Sərəncamlar bu işin uğurla davamından xəbər verir. Heç şübhə yoxdur ki, ana dilimizin qorunması xalqımızın varlığı ilə davam edəcəkdir.
Bədirə Niftaliyeva;
Neftçala rayon sakini, ziyalı, ədib
Digər xəbərlər
2021-11-04
2023-04-18