Azərbaycan və Qırğızıstan arasındakı qarşılıqlı əlaqələr və Azərbaycanın liman infrastrukturu imkanlarının Qırğızıstan üçün əhəmiyyəti
Qırğızıstan və Azərbaycan arasındakı qarşılıqlı əlaqələr və münasibətlərin
tarixi qədim köklərə dayanır. Eyni türkdilli
xalqlar qrupuna malik olan hər iki dövlətin dil, mədəniyyət və tarix baxımdan da ortaq və yaxınlıq əlaqələri mövcuddur. Onu da vurğulamaq yerinə düşər ki,
Qırğızıstanda çox böyük ölçüdə soydaşlarımız yaşayır, bunun da əsas səbəbi sovet dönəmində şovonist rus
siyasətindən irəli gələn tərkibindəki türk millətlərinə qarşı etnik təmizləmə
siyasətinin bəhrəsidir.
Azərbaycan və Qırğızıstan həm dövlət , həm də xalq olaraq, hər zaman və
tarixən bir-birinə münasibətdə dost və
yaxın olmuş, həm regional, həm də beynəlxalq çərçivədə sıx əməkdaşlıq etmişlər.
Qeyd edək ki, hazırda hər iki dövlət Qoşulmama Hərəkatı, ECO, BMT, ATƏT, İslam
Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının üzvüdür və bütün beynəlxalq təşkilatlarda daim bir-birini
dəstəkləyir, qarşılıqlı dost ölkə olduğunu təsdiqləyirlər.
Azərbaycan və Qırğızıstan dövlətləri arasındakı rəsmi əməkdaşlıq Ulu Öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet dönəmində qardaş respublika kimi
münasibətləri olan hər iki dövlət, müstəqillik qazandıqdan sonra, Ulu Öndərin
hakimiyyətə gəlişi ilə, Ümummilli
liderin diplomatik səyləri və
görüşləri sayəsində, iki dövlət arasındakı əməkdaşlıq yenidən bərpa olunmuşdur.
Həmin dövrdə qurulmuş ticari və siyasi əlaqələr, möhtərəm Prezidentimiz İlham
Əliyevin Prezidentliyi dövründə yüksələn xətt üzrə yol almış, Qırğız
Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri, aprelin
20-də Azərbaycan və Qırğızıstan Respublikaları arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın
yaradılması haqqında Memorandumun imzalanması ilə bu əlaqələrin inkişaf prosesi
öz əhəmiyyətli təsdiqinə yüksəlmişdir.
Əlbəttə ki, Strateji Tərəfdaşlıq Bəyənnaməsi və Dövlətlərarası Şuranın
yaradılması hər iki dövlət üçün çox əhəmiyyətli
və yüksək dəyərlərə malikdir. Ona
görə ki, dünyada baş verən mürəkkəb siyasi, iqtisadi proseslər, yeni qurulan
dünya dönəmi bu tərəfdaşlığın, həm Azərbaycan
və Qırğızıstan üçün, onların qarşılıqlı
münasibətlərinin gələcək inkişafı, həm də türk dünyası üçün çox əhəmiyyətlidir.
Bu həm də türk dövlətləri birliyinin möhkəmliyi, türk xalqları arasında
qardaşlığın təcəssümü kimi də xarakterizə edilə bilər. Qırğızıstan Prezidentinin
də dediyi kimi: “Bu gün dünyada baş verən dərin dəyişikliklər bizə yeni tipli münasibətlər
qurmaq üçün tarixi şans verir. Bu münasibətlərin əsası ləyaqət və şərəf kimi əzəli
türk dəyərləridir”.
Qeyd etmək lazımdır ki, Qırğızıstan Respublikasının Prezidentinin Azərbaycana
rəsmi səfəri, Qırğız Respublikası ilə Azərbaycan arasındakı qurulan diplomatik
münasibətlərin 30 illiyi ərəfəsində baş tutması, özü də xüsusi bir əhəmiyyət daşıyır ki, Azərbaycan Prezidenti İlham
Əliyev bunu tarixi hadisə kimi qiymətləndirmişdir. Azərbaycan və qırğız
xalqlarının tarixi dostluq və qardaşlıq əlaqələrindən söz açan möhtərəm
Prezidentimiz İlham Əliyev demişdir: “Bizi birləşdirən ortaq tarix və mədəni dəyərlər
var. Azərbaycanla Qırğızıstan Türk Dövlətləri Təşkilatında da fəal əməkdaşlıq
edirlər, türk xalqlarının birliyinə töhfələr verirlər. Azərbaycanın qədim Şuşa
şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü
Qırğızıstan da dəstəkləyib. Bu kimi faktlar münasibətlərimizin yüksək səviyyədə
olmasının göstəricisidir”.
Qırğız Prezidentinin Bakıya rəsmi səfərində bir çox sahələr üzrə 10 əhəmiyyətli
sənəd imzalanmışdır. Nəqliyyat infrastrukturu, enerji sektoru, kənd təsərrüfatı,
yük daşınması, turizm və digər sahələr
üzrə imzalanmış sənədlər, fəal əməkdaşlıq əlaqələrində iki ölkə arasında yeni
imkanların əldə olunacağından və real
müstəvidə yüksək nəticələrə yol açacağından xəbər verir.
Həmin əhəmiyyətli əlaqələrdən
biri də liman infrastrukturudur ki, bu da “Şərq-Qərb nəqliyyat dəhlizi”nin səmərəli
fəaliyyətinə yeni töhfələr bəxş edəcəkdir. Belə ki, hazırda Azərbaycan ərazisində
bir çox istiqamətlərə-şimal, cənub və qərbə
müasir standartlara uyğun nəqliyyat dəhlizi mövcuddur ki, iki ölkənin birgə səyləri ilə bu sahədə daha
nöyük uğurlar əldə etmək olar. Beləcə, Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli,
daha yüksək fəaliyyət göstərməsi mümkün olacaqdır.
Qeyd etmək lazımdır ki, liman infrastrukturu, Azərbaycanın nəqliyyat
imkanları ölkəmizə qardaş, dost, tərəfdaş
olan ölkələr üçün yeni imkanlar bəxş etməklə
son dərəcə əhəmiyyətlidir və bundan
sonra daha da dəyərli olacaqdır. Çünki, 44 günlük II
Qarabağ müharibəsində qazandığımız tarixi Zəfər, Zəngəzur dəhlizinin
açılacağına inam yaradır və ölkəmiz, Azərbaycan xalqı üçün son dərəcə tarixi əhəmiyyət daşıyan, ən əsası isə nəqliyyat
infrastrukturu üçün yeni, əlverişli imkanlar yaradacaq bu dəhlizin işə düşməsi
bu sahədə yeni dönəmin başlanğıcına əsas verir. Bu dönəm, Orta Asiya ölkələri, ümumilikdə türk
birliyinin, bütün qardaş, dost və tərəfdaş
ölkələrin iqtisadiyyatı, enerji, kənd təsərrüfatı, turizm sahəsinin daha da
inkişaf etməsinə yol açacaqdır.
Azərbaycan və Qırğızıstan dövlətləri
arasındakı möhkəm əlaqələrin daha da inkişaf edəcəyinə, hər iki dövlət
arasındakı tərəfdaşlığın bundan sonra da
yüksək nəticələr verəcəyinə inanırıq.
YAP Neftçala rayon təşkilatının
fəal üzvü,
5 saylı Neftçala şəhər
kitabxana filialının müdiri Nəzakət Məmmədova
Digər xəbərlər