Güclü ordunun olması dövlət siyasətinin illər boyu əsas prioriteti olub
Ordu dövlətin
suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun
tərkib hissələrindən biridir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü
ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Azərbaycanda
nizami ordunun yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdırsa, möhkəmləndirilməsi,
güclənməsi Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir.
Qarabağ meydanında
düşmən qarşısına ən müasir silahı, güclü psixoloji keyfiyyəti ilə çıxardığımız
ordu uzun illərin hazırlığı, bu sahəyə verilən öncəliyin nəticəsidir.
Müasir dövrdə Azərbaycan
Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi texniki
bazaya, ən yeni silahlara malikdir. 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan
ordusu qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlməyi bacardı. 30 ilə
qədər işğal altında qalan torpaqlarımızı canları, qanları hesabına 44 gün ərzində
geri qaytarmağı bacardı. Hədəf ərazi bütövlüyümüzün bərpası idi. Və Azərbaycan
ordusu hədəfinə çatdı, hərbi qələbəni əldə etdi. Döyüşərək, qan tökərək, Şəhidlər
verərək ədalət bərpa edildi. Xocalıda qətlə yetirilən uşaqlarımızın,
qadınlarımızın qanını yerdə qoymadı, onların intiqamını almağı bacardı bu ordu.
Azərbaycan əsgərlərinin qəhrəmanlığı onu təsdiq etdi ki, Vətən, torpaq, şücaət
kimi tarixən xalqımıza məxsus olan anlayışlar daim yaddaşlardadır. Azərbaycan
var olduqca onun qəhrəman oğulları da var olacaq. Elə buna görədir ki, indi Azərbaycan
ordusunun adı çəkiləndə hər bir azərbaycanlı qürur duyur. Azərbaycan gənci
orduda qulluq etməsini özünə şərəf sayır.
“Bugün böyük qürur hissi ilə deyə bilirik ki, Azərbaycan Ordusu Vətənimizin qəhrəmanlıq tarixini yazdı” ifadəsi reallığın tam ifadəsidir. Qeyrətli, dəyanətli və cəsur oğulların rəşadətli yürüşünə yüksək səviyyədə rəhbərlik edən Prezidentimizin sayəsində biz dünyaya güclü ordu, güclü dövlət, güclü lider şüarlarını fəxr və iftixarla sərgiləyə bilirik.
Ülvi Nəhmədzadə,
YAP Neftçala rayon təşkilatı, Qaçaqkənd Ərazi Partiya təşkilatının sədri
Digər xəbərlər