Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir

2022-05-24 Baxış: 391
img

Azərbaycan Cənubi Qafqazda zəngin karbohidrogen ehtiyatlarına, yüksək dərəcədə inkişaf etmiş energetika infrastrukturuna malik  olan yeganə ölkədir. Ölkəmiz təkcə regional deyil , həm də dünya enerji sistemində həlledici rol almaq və transmilli enerji bazarlarında özünəməxsus yer tutmaqla Avropanın enerji təhlükəsizliyində fəal iştirak edir, özünün geosiyasi və geoiqtisadi mövqeyini möhkəmləndirir.

Bütün nitqlərində enerji sektorunun Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olduğunu vurğulayan Prezident İlham Əliyev neft sektorunun inkişaf etdirilməsinin öz ölkəmizlə yanaşı bir çox ölkələrin də enerji təhlükəsizliyi üçün vacib rol oynadığını qeyd edir.  May ayının 18-də Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Litva  biznes forumunda enerji təhlükəsizliyi haqqında çıxış edən ölkə başçısı Azərbaycanın öz enerji təhlükəsizliyini 100 faiz , həmçinin Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinin də təmin etdiyini xüsusi vurğulamışdır.

Hazırki geosiyasi vəziyyətdə Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər artmışdır. Buna görə də Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsullarının ixracının həcminin artırılmasını planlaşdırır.  Azərbaycanla Avropa İttifaqı Arasında enerji dioloqu başlanılıb və bu dioloq neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan  enerji mənbələrindən bəhs edir. Bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycan qazını 2021-ci ilin yanvar ayından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizi və 3500 km uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sisteminin tikintisini yekunlaşdırılmışdır.

Avropa ittifaqının üzrlərindən olan Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan-Litva biznes forumunda çıxış edərkən Azərbaycanın Asiya və Avropanın kəsişdiyi məkanda yerləşməsinin ölkənin gələcək iqtisadi perspektivlərinin və iqtisadi gücünün artmasını şərtləndirən əsas meyar olduğunu vurğulamışdır. Öz çıxışında Gitanas Nauseda son 10 ildə Litva Respublikasının da böyük elektrik istehsalı işlərini icra etdiyini, maye qaz terminalı tikintisini həyata keçirdiyini qeyd etmişdir.  Azərbaycanın enerji sektorunda Avropa İttifaqının etibarlı tərəfdaş olduğunu vurğulayan Litva Prezidenti təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq göstərdiklərini xüsusi olaraq bildirmişdir.

Ümumiyyətlə, Ukraynada baş verən müharibədən sonra Avropa İttifaqı öz enerji resursları mənbələrini şaxələndirmək və yanacaq məhsullarında Rusiyadan asılılığı sona çatdırmaq üçün enerji ixrac edən ölkələrlə əməkdaşlığı üstün tutur. Hazırda Avropa İttifaqı enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə maraqlıdır.  Artıq Avropa İttifaqının 9 üzvü Azərbaycan ilə strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Çünki Azərbaycan Avropa İttifaqı üçün Şərq Tərəfdaşlığı kontekstində çox önəmli ölkədir və strateji tərəfdaşdır .

 

Ülvi Fərzəliyev

YAP Neftçala rayon təşkilatının sədri.