Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir.
Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Bakı Enerji Həftəsi tədbirində üç ayrı layihə keçiriləcək - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunu. Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və bir çox ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynayır. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan edib, Xəzər dənizində əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyib. Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılması uğurlu nəticədir. Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib. Azərbaycan alternativ enerji ilə bağlı bir çox enerji şirkətləri ilə danışıqların aktiv mərhələsindədir. Xəzərin nəhəng imkanları var. Xəzər dənizinin Azərbaycan sektorunun potensialı və imkanları 150 000 meqavatdır. Eyni zamanda, İkinci Qarabağ müharibəsi nəticəsində azad edilən ərazilərdə, Kəlbəcər Laçında və eləcə də digər ərazilərdə böyük potensial var. Azərbaycan sadəcə külək və günəş potensialını təxminən 9-10 min meqavat olaraq proqnozlaşdırır. Bütün bunlar hökumətimiz tərəfindən hazırda ciddi şəkildə həll edilir.Eyni zamanda vətəndaşlarımız gələcəkdə fərdi şəkildə günəş və külək enerjisi panelləri quraşdıraraq şəxsi elektrik tələbatını ödəyə biləcək. Xəzər dənizinin şimal hissəsində böyük külək enerjisi potensialı mövcuddur. Azərbaycanda mövcud olan bütün elektrik enerjisi potensialından 20 dəfə çoxdur və Xəzər dənizi dünyada keyfiyyətinə görə yalnız Şimal dənizindən geri qalaraq ikinci pillədə qərarlaşır. Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib ki, bu il dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirilib, hazırda ümumi istehsal gücü 470 meqavat olan günəş və külək elektrik stansiyaları inşa edilir. Gələn il bu iki stansiya istifadəyə veriləcək və bu yalnız başlanğıcdır. Çünki Azərbaycan artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindi. Neft və Qaz Sərgisində və Bakı Enerji Həftəsində keçiriləcək müzakirələr.enerji təhlükəsizliyini təmin edəcək və iqlim dəyişikliyi probleminin həllinə kömək göstərəcək qlobal miqyasda təmiz enerjiyə keçidi sürətləndirəcəkdir.
Cavad Mirzəyev,
YAP Neftçala rayon təşkilatının əməkdaşı
Digər xəbərlər