Neftçalada “ Ulu Öndərin qurtuluş missiyası” adlı tədbir keçirilib.
Tədbir YAP Neftçala rayon təşkilatının inzibati
binasında Neftçala rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə
keçirilib. Tədbirdə YAP Neftçala Rayon Təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının
ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev,
rayonda fəaliyyət göstərən idarə, müəssisə rəhbərləri və partiya fəalları
iştirak etmişdir.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər
Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin
ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra YAP Neftçala rayon təşkilatı tərəfindən
hazırlanmış sənədli film nümayiş olundu.
Tədbiri YAP Neftçala rayon təşkilatının
sədri Ülvi Fərzəliyev giriş sözü ilə açaraq
dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olunduğu tarixi hadisənin
– Milli Qurtuluş Gününün mahiyyəti, əhəmiyyəti barədə danışdı və Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi
ilə ölkədə baş verən vətəndaş müharibəsinin qarşısını almasını, dövlətimizin
parçalanma təhlükəsini aradan qaldırmasını, respublikada mövcud olan
ictimai-siyasi vəziyyətin stabilləşdirməsini xüsusi qeyd etdi.
Daha sonra Neftçala Rayon İcra
Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdir müavini Vasif Əliyev çıxış edərək həmin dövrdə baş verən siyasi, sosial-iqtisadi böhranını
mövcudluğunu, ölkədə anarxiya və xaosun
baş alıb getdiyini bildirdi. Belə bir zamanda xalqımızın nicat yolunun Ulu Öndəri
hakimiyyətə dəvət etməsində gördüyünü vurğuladı.
Tədbirdə iştirak edən partiya fəalları
da çıxış edərək qurtuluşdan başlayan həmin tarixi yolun bu gün Ali Baş Komandan
İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən və Ulu Öndərin vəsiyyəti
ilə tarixi Azərbaycan torpaqların düşməndən azad edilməsindən bəhs etdilər.
Digər xəbərlər