Atılan addımlar qarşılıqlı olmalıdır
Ölkəmizin
paytaxtı Bakı şəhəri iyunun 16-da növbəti nüfuzlu beynəlxalq tədbirə ev
sahibliyi edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi
altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal
dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb. Ölkə
başçımız Forumda iştirak edərək çıxış edib.
Bakı
yenidən beyin mərkəzlərinin, qlobal problemlərin müzakirə olunduğu, həll
yollarının axtarıldığı məkana çevrilib. IX Qlobal Bakı Forumunda da bundan əvvəlki
forumlarda olduğu kimi bəşəriyyəti narahat edən məsələlər müzakirə olunub.
Qlobal Bakı Forumunun əhəmiyyəti ondan ibarətdir ki, burada aparılan müzakirələr
və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin
araşdırılmasına və həllinə töhfə verəcəkdir. Forumun təşkilatçısı olan Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə
dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib. Qlobal dünya nizamına təhdidlər mövzusunda təşkil
olunan forum artıq universal platformaya çevrilib. Bu dəfə siyasi, iqtisadi,
humanitar və digər məsələlər dünyanın nüfuzlu diplomatları, iqtisadçıları və
digər sahələrin mütəxəssisləri ilə birgə nəzərdən keçirilib. Gələcəyə doğru
addımlar müzakirə olunub.
2020-ci
ilə qədər Azərbaycan bu platformadan həm də Ermənsitanın təcavüz faktı barədə
beynəlxalq ictimaiyyəti məlumatlandırırdı. Münaqişənin başa çatmasından sonra
isə əsas diqqət sülhün möhkəmlənməsinə yönəlib. Prezident İlham Əliyevin də
qeyd etdiyi kimi, Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi,
müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli
ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında
danışırıq. Təbii ki, uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və
təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada
nadir hallardan biridir. Amma bununla belə, Azərbaycan sülhü seçir. Çünki dövlət
başçımızın da qeyd etdiyi kimi, biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı
görmək istəyirik. Bu, nadir fürsətdir. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır
və Azərbaycan bunun üzərində çalışır.
Azərbaycan 30 ilə yaxın idi ki,təcavüzə məruz qalmışdır.Müzəffər Azərbaycan ordusu 44 gündə bu təcavüzə və işğala son verdi,Ermənistanla qarşılıqlı müqavilə imzalandı.İndi yeni müqavilənin imzalanması üçün danışıqlar aparılır.Əsas məsələ sərhədlərin bərpasıdır.Azərbaycan bu problemin həlli üçün əlindən gələni edir,bunun üçün artıq komissiyada təşkil olunub,ama Ermənistan bu mövzudan boyun qaçırır.Regionda sülhün bərpası üçün problemlər həll olunmalıdır,Azərbaycan kimi Ermənistanda bu məsələdə əlindən gələni etməlidir,çünki atılan addımlar qarşılıqlı olmalıdır.Tək Azərbaycanın sülhə can atmağı ilə məsələ həll ola bilməz.Ermənistan bu günki problemlərin həllinə çalışmalı,gələcək ərazi iddialarından əl çəkməli,bir daha buna cəhd etməməlidir.Yalnız bu yolla məsələ kökündən həll oluna bilər və xalqımızdada onlara qarşı inam yaranmalıdır ki, gələcəkdə normal qonşuluq münasibətləri həll olunsun.Xocalı faciəsini törədən,bugün də sülhdən boyun qaçıran Ermənistan bizdən çoxşey gözləməməlidir.Ermənistan atdığı bir addımın qarşılığını görəcəkdir.Yaxşı addımlar atsa Azərbaycan qarşılıq verəcəkdir!
Forumda
qeyd edildi ki, kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10
noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın
Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən
kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçməsinə baxmayaraq indiyədək heç bir çıxış təmin
olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının
pozulmasıdır və bu, regionda bir disbalans yaradır. Zəngəzur dəhlizini
açılmasının həlli regionda sülhün və əməkdaşlığın bərqərar olması üçün çox
vacibdir.
Bakı
Qlobal Forumunda verilən ən vacib mesaj bundan ibarətdir ki, Azərbaycanın
Qafqazla bağlı baxışı inteqrasiya və əməkdaşlıqdan ibarətdir. Bu yanaşma bütün
universal dəyərlər və beynəlxalq prinsiplərlə də üst-üstə düşür.
Sona Haxıyeva,
YAP
Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər