Qardaşlığımızın rəmzi
Tarixi araşdırmalara
əsaslansaq Özbəkistan və Azərbaycan dövlətləri arasında mövcud əlaqələrin, hər
iki xalqlar arasında olan etnik eyniliyin tarixin dərin qatlarına gedib
çıxdığının şahidi olacağıq. Bizlər bu bağlılığı, əməkdaşlığı, hər iki dost
dövlət arasında olan iqtisadi-ticari əlaqələrin güclü zəmin üzərində bərqərar
olmasını hələ orta əsrlər dövründə Azərbaycan ədəbiyyatının görkəmli
mütəfəkkirlərindən olan Məhəmməd Fizulinin, Nizami Gəncəvinin əsərlərini
oxuyarkan şahidi oluruq. Qardaş türk xalqları arasında mövcud olan bağlılıq
zaman-zaman müxtəlif təzyiqlərə məruz qalsa da heç bir qüvvə bu zəncirvari
əbədiliyi poza bilməmişdir. Hələ Azərbaycan və Özbəkistan Sovet hakimiyyəti
illərində belə bu əməkdaşlığı, qardaşlığı qoruyub saxlamağa nail olmuşdur. Mən
deyərdim ki, bu bağlılıq hələ Ulu Öndər Hedər Əliyevin Sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə daha da irəli gedərək qardaşlıq səviyyəsinə gəlib
çatmışdır. Çox sevindirici haldır ki, bu bağlılıq, iqtisadi və siyasi
tərəfdaşlıq Sovet imperiyası dağıldıqdan sonra, hər iki dövlətin müstəqillik
qazandığı illərdə belə qorunub saxlanıldı, münasibətlər daha da inkişaf
etdirildi. Müstəqillik illərində də bu münasibətlərin möhkəmlənməsində Ulu
Öndər Heydər Əliyevin rolu əvəzsizdir.
Belə ki, mərhum Heydər Əliyevin Özbəkistanın sabiq liderləri ilə olan isti,
dostluq münasibətləri qardaş dost dövlətlər arasında olan münasibətlərin tellərini
daha da möhkəmləndirmiş olmuşdur. Bu gün ölkə başçısı cənab İlham Əliyevin
yürütdüyü məqsədyönlü xarici siyasi kurs sayəsində digər istiqamətlərdə olduğu
kimi Azərbaycan və Özbəkistan arasında da mövcud olan münasibətlər müxtəlif
sahələrdə inkişaf etməkdədir. Bizlər qardaş Özbəkistan dövlətinin Azərbaycana
qarşı isti münasibətini cənab Prezident İlham Əliyevin Özbəkistana olan rəsmi
səfəri zamanı da şahidi olduq. Dili bir, dini bir, etnik tərkibi eyni soy olan
xalqların, dövlətlərin qardaşlığını, müttəfiqliyini heç bir qüvvə poza bilməz.
Azərbaycan kimi, Özbəkistan da hər zaman yerləşdiyi regionda əbədi sülhün bərqərar olmasının tərəfdarı olub. Özbəkistan
44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın haqq savaşını müdafiə etdi,
Azərbaycanın əzəli ərazi bütövlüyünü tanıdı. Bax budur Özbəkistanın bizlərə,
Azərbaycan xalqına, dövlətinə göstərdiyi ədalətli münasibət. Bu gün
Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən
uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o
cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və
inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir,
türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan–Özbəkistan
əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu,
Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir.
Eyni zamanda, Özbəkistanda yüksək səviyyədə təşkilatlanmış Azərbaycan diasporu
bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Əminik ki, azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı
və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı
qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq
əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının
yaxşılaşmasına xidmət göstərəcəkdir.
Fərid Əhmədov
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər