Neftçalada beynəlxalq elmi konfransın materialları əsasında nəşr edilmiş linqvistik toplunun təqdimatı olub
2022-07-09
Baxış: 446
Neftçala rayon Heydər Əliyev Mərkəzində “AZLİNG 2021-Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” beynəlxalq elmi konfransının materialları əsasında nəşr olunmuş linqvistik toplunun təqdimatı keçirilib.
MAYAKİNFO xəbər verir ki, təqdimatı giriş sözü ilə açan Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova toplunun əhəmiyyətindən söz açıb. Müxtəlif ali təhsil və elm ocaqlarını təmsil edən alimlər, Neftçala rayon ziyalıları, eləcə də toplunun həmmüəllifləri çıxış edərək Azərbaycan dilinin saflığının qorunmasının, müasir dilçilik elminin inkişaf tendensiyaları fonunda dilimizin daha dərindən araşdırılmasının, milli kimliyimizin aynası olan ana dilimizdən istifadənin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, 2021-ci ilin sentyabrında Neftçala rayonunun dilçi alimlərinin, Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşəbbüs və təşkilatçılığı ilə “AZLİNG2021- Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı elmi konfrans keçirilib. Həmin konfransın materialları əsasında hazırlanan sözügedən toplunun elmi redaktoru və tərtibçiləri Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərovadır.
×
Digər xəbərlər
2021-11-04
2023-04-18