İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir
Dil hərbi bir millətin
varlığını müəyyənləşdirən amillərdən biridir. Bu baxımdan hər bir millət özünün
dilinin mühafizəkarı olmalıdır.
Azərbaycan Demokratik Respublikasının süqutundan sonra yaradılan imperiya
respublikalarda milli dili dövlətin vahid dilindən – rus dilinə keçirmişdi.
SSRİ deyilən imperiyanın dil siyasəti 1991-ci ilə kimi belə davam etdi. Hələ
sovetlər dönəmində müttəfiq respublikalarda dil məsələsinə xüsusi diqqət
yetirilirdi: Mockva rus dilinin hegemonluğunu saxlamağa, respublikalar milli
dili fəallaşdırmağa çalışırdı.SSRİ Konstitusiyasının qəbulundan sonra milli
dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana
dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli
respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz
idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri
olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə,
qətiyyətlə bildirirdi.1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali
Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və
onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə
ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı
redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist
Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü
1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz
əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli
Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən
biridir.Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən
birini dahiyanəliklə. Azərbaycançılığın təntənəsi olmaq etibarilə belə
qorumuşdu.Hər bir xalq tarixən müəyyən milli dəyərlərə malik olur. Onları
formalaşdırır, yaşadır. Milli dəyərlərin ən gərəklisi onun dilidir. Dil sosial
həyatın yaşam vasitələrindən biri kimi həmişə gərəkli olub. Digər tərəfdən. dil
həm də dövlərləraarsı münasibtlərin qurulmasında başlıca amillərdən
bidiridir.Heç bir dövlət milli dilinə ehtiramla yanaşmayan dövlətlə dostluq
münasibətləri qurmaq istəməz.Azərbaycan dilinin incəliklərini mükəmməl bilən
Ulu öndər dövlət idarəçiliyi sistemində işləyənlərdən də bunu tələb edirdi,
bunu dövlətə sevginin təzahürü, təsdiqi kimi dəyırləndirirdi.Ümummilli Lider
Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 1995-ci ildə Azərbaycan
Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması
ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Bu təkliflərin çox böyük
əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi.Geniş
müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş
Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin
Azərbaycan dili olması öz əksini tapmışdı. Bundan sonra ana dilimizin inkişafı
və qorunması işi daha da gücləndirilmişdi.Ulu Öndər Heydər Əliyev ana dilimizin
tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət
mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə
dair imza atıb. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider
ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda
mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdi. Böyük tarixi şəxsiyyət
SSRİ Konstitusiyası haqqında nitqində böyük sevgilərlə xüsusi olaraq
vurğulamışdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq
ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili
statusunu qorumaq məqsədinin təzahürü idi.Ümummilli Lider Heydər Əliyev
Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif
vasitələrdən istifadə edirdi.Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı
göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və
digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.Ulu
Öndərin“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”2001-ci
il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan
əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.Azərbaycan Respublikasında
dövlət dili haqqında”Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr
tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan
dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca
əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi
qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı
milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin
Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında
Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.Ulu Öndər
Heydər Əliyev Azərbaycan dili haqqında dediyi kəlamlar tarixən yaşadılacaqdır:“Dilimiz
çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana
dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”; “Hər bir xalqın
milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.Bizim ən
böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir.Azərbaycan
ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın
sərvətidir.Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün
deyildir”;“Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil
mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”.
Bu kəlamlar Azərbaycan dövlətçiliyinə sevgidir, Azərbaycan dilinə sevgidir,
azərbaycançılıq ideologiyasını yaşatma niyyətinin təzahürüdür.Böyük tarixi
şəxsiyyət Heydər Əliyev Azərbaycan klassik ədəbiyyatını da, müasirləri də böyük
sevgilərlə oxumuşdu, oxuyurdu. Onun Azərbaycan dilinin ən böyük mühafizəkarı
olması dilimizə vaqifliyin nəticəsi idi, dilimizə sevginin nəticəsi idi.
Cavad Mirzəyev,
YAP Neftçala rayon
təşkilatının əməkdaşı
Digər xəbərlər