Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir

2022-10-12 Baxış: 303
img

Türkmənçay və Ədirnə müqavilələri ilə Cənubi Qafqaza köçürülüb məskunlaşdırılan ermənilərin dünyanın heç bir yerində nə daimi vətəni, nə də dövlət quruluşu olmamışdır. XX əsrin əvvəllərində öz havadarlarının dəstəyi ilə Azərbaycan torpaqları hesabına özlərinə ilk dəfə dövlət quran ermənilər bir müddət sonra bu ərazilərə sonradan köçürüldüklərini nəinki inkar etdilər, üstəlik, bu torpaqların qədim sakinləri olduqları haqda iddialar irəli sürməyə başladılar. Erməni millətçiləri əsrin əvvəllərindən başlayaraq qarşıya qoyduqları məkrli planı həyata keçirmək üçün indiki Ermənistan ərazisi sayılan Qərbi Azərbaycan torpaqlarından azərbaycanlı və digər müsəlman əhalini son nəfərinədək məcburi surətdə qovdular. Bu məqsədlə onlar Qarabağda yaşayan erməni millətindən olan sakinlərin guya türk-müsəlman əhalisi tərəfindən sıxışdırıldığını əsas gətirərək, saxta tələblərə, separatçılıq, təxribat və terrorçuluq əməllərinə əl atdılar.XX əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Azərbaycanda daxili vəziyyətin qeyri-sabitliyindən istifadə edərək havadarlarının köməyi  ilə torpaqlarımızın 20%-nin işğal etməyə nail oldular.30 il ərzində Azərbaycan dövləti tarixi ədaləti bərqərar etmək üçün bütün mümkün variantlardan istifadə etsə də Ermənistan sülh yolu ilə işğal altında olan torpaqlarımızı boşaltmaq istəmədi.Nəhayət ,2020-ci ilin sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən  Vətən müharibəsinin zəfəri ilə 30 il ata- baba yurdundan köçkün düşən soydaşlarımızın həsrətinə son qoydu. 30 il kağız üzərində qalan qətnamələri, Azərbaycan dövləti reallaşdırdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 günlük müharibədə möhtəşəm qələbəyə imza atdı. Ermənistan dalana dirəndiyini görüb 3 tərəfli müqavilə- kaputiliyasiya aktına imza atdı. Azərbaycan dövləti yenə də sülhsevər missiyasına sadiq qalaraq, ərazilərin boşaldılması və ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə Azərbaycan ərazilərində Azərbaycan vətəndaşına verilən hüquqlarla yaşamaq imkanı verdi. Əslində erməni vandalizmindən sonra bu hümanist addım ermənilər üçün yaşam tarixlərində verilən ən ali, yüksək imkan və fürsət idi. Gərək Ermənistan dövləti bu imkandan yetərincə nəticə çıxarıb dövlətimizə və onun başçısına minnətdar olaydı. Ancaq qarşılığında biz yenə də erməni riyakarlığı, məkri görürük. Ermənistan dövləti sanki vaxt qazanmaqla nəyisə dəyişmək, nəyəsə nail olmaq istəyir. Azərbaycan Prezidenti dəfələrlə bildirmişdir: ”Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər; - Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil”.Cənab Prezident Azərbaycan daxilində heç kəsin müstəsna hüquq tələb etmək hüququnda olmadıgını da vurğulamışdır: ”Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol.”

 Bir neçə gün əvvəl Praqada dördtərəfli görüş fonunda əsas diqqətçəkən məqamlardan biri də Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Qarabağda yaşayan ermənilərlə bağlı dedikləri olmuşdur;”Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla”.

Beləliklə, Ermənistan hakimiyyəti,Qarabağda yaşayan ermənilər öz fitnəkarlıqlarından əl çəkməli və  düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Əks halda Dəmir Yumruq yenə də yerindədir.


Rəhim İmanov,


YAP Neftçala rayon təşkilatının fəal üzvü