"Ekoloji Maarifçiliyə Yardım" ictimai birliyi Neftçalada layihəsini davam etdirir
Neftçalada fəaliyyət göstərən “ Ekoloji Maarifçiliyə yardım “ ictimai birliyi rayonda mədən sənayesi ilə məşğul olan Neftçala Neft Əməliyyat Şirkəti və AZƏRYOD MMC ilə səmərəli və qarşılıqlı əməşdaşlıq şəraitində fəaliyyət göstərir, mədən ətrafı ərazilərdə yaşayan əhali ərasında ekoloji hüqüq və ekoloji maarifləndirmə tədbirləri həyata keçirir.
QHT gənc nəslin ekoloji bilik və dünya görüşünün formalaşdırmasını da özünün prioritet fəaliyyət istiqamətlərindən birinə çevirmişdir. İB hazirda Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən aldığı “ Şagirdlərin ekoloji tərbiyəsində istehsalat müəssisələri ilə əlaqələrin rolu layihəsini icra edir. Layihənin gedişində Neftçalanın Yeniqışlaq, mirqurbanlı kənd və Həsənabad qəsəbə orta məktəblərinin hər birindən 15 ( on beş ) nəfər olmaqla yuxarı sinif şagirdi Neftçala Neft Əməliyyat Şirkəti və AZƏRYOD MMC –nin mədən ərazilərndə ətraf mühitin çirklənməsi , ərazinin florasına dəyən zərərli təsirləri müşahidə etmiş onlara texnogen ekoloji təsirlərin zərərləri haqqında əhatəli məlumaylar verilmişdir.
Məktəblilər tədbirlərin davamında AZƏRYOD MMC –nin Yod istehsalı sexində adi və kristal yodun alınması prosesini izləmiş zavodun laboratoriyasının işi ilə tanış olmuşlar. Burada mütəxəssislər istehsalın gedişi ilə yanaşı ətraf mühitə dəyən ziyanlarn azaldılması istiqamətində son illər görülən işlər barədə məktəblilərə məlumatlar vermiş onların suallarını cavablandırmışlar.
Digər xəbərlər