Milli qürur, ləyaqət və qəhrəmanlıq günü!

2022-11-10 Baxış: 459
img

8 Noyabr-Zəfər Günü Azərbaycan tarixinin ən qürurlu səhifəsi kimi şərəf salnaməmizə qızıl hərflərlə yazıldı. Bəli bu gün qəhrəman xalqımızın Zəfər günüdür!. Bu qələbə ilə bizlər əzəli, əbədi  torpaqlarımıza, Qarabağımıza qovuşduq. Biz Zəfər günümüzü 44 günlük Vətən Müharibəsi ilə əldə etdik, Dəmir yumruqla əldə etdik və igidlərimizin, şəhidlərimizin, qəhrəmanlığı, canı, qanı bahasına əldə etdik. Tovuz döyüşləri ilə düşmən səbr kasamızı daşırdı. Bu qədər azğınlaşmağın sonunu görməyən, havadarlarından dəstək almaqda davam edən mənfur düşmən qarşısındakı əsgərin gücünü, onun mənsub olduğu dövlətin qüdrətini düzgün hesablaya bilmədi. Xain təxribatlar bizlər üçün Vətən Müharibəsinin başlanmasına bir qığılcım oldu. Sentyabrın 27-dən başlayaraq doğma Qarabağımız uğrunda hər kəsin çoxdan gözlədiyi döyüşlər başladı. Azərbaycan xalqı bir bayraq altında, dəmir yumruq kimi birləşdi. Ali Baş Komandan Orduya döyüş əmrini verdi. 44 gün davam edən döyüşlərdə əsgərimiz ancaq irəyə doğru getdi. Ölümün üzünə dik baxaraq mənfur düşmənin qorxulu yuxusuna çevrildi. Bu gün də dünyada maraqla qarşılanan, və diqqətlə araşdırılaraq öyrənilən “Dəmir Yumruq” əməliyyatı nəticəsində düşmən tapdağında inləyən torpaqlarımız azad edildi. 30 il həsrət çəkən xalqımız bütöv Vətənin azadlığına qovuşdu. Müharibənin ilk günlərindən artıq insanlar bilirdilər ki, Tarixi Zəfər uzaqda deyil! Biz bu bayramı Qarabağ torpağında qeyd edəcəyik. Çünki qədirbilən xalqımzn  güvəndiyi Ordusu və əsgəri vardı. Hansı ki, o, əsgər canı bahasına olsa belə torpaqlarımızı geri almağa and içmişdi. O günlər ərzində işğalda olan torpaqlarımız, kəndlərimiz, qəsəbə, strateji əhəmiyyətə malik olan yüksəkliklər ard-arda mənfur düşməndən təmizləndi. 44 günün içində 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad edildi. İllərlə məqsədli şəkildə açlmaya düyün Ali Baş Komandan cənab İlham Əliyevin tarixi əmri ilə həll olundu. 30 il sonra Şuşa məscidində azan səsi eşidildi. İllər sonra üçrəngli bayrağımız Qarabağ səmasında dalğalanmağa başladı. Azərbaycan haqq səsini dünya eşitdi. Hər kəs “Qarabağ Azərbaycandır” şüarı altında birləşdi. İllərdir gözlədiyimiz Qələbə gününü yaşadıq. Bu Qələbəni bizə Ali Baş Komandan cənab İlham Əliyev olmaqla qəhrəman oğullarımız yaşatdı!

 

            Filarə İsmayılova;

            Neftçala rayon ziyalısı, Şəhid anası