Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə "Azər-Yod" MMC Ərazi partiya təşkilatında tədbir keçirilmişdir.
2022-11-17
Baxış: 429
YAP Neftçala rayon təşkilatı Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə Ərazi partiya təşkilatlarında silsilə tədbirlər keçirir.
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə keçirilən növbəti tədbir "Azər-Yod" MMC Ərazi partiya təşkilatında təşkil edilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev Yeni Azərbaycan Partiyasının yaranması, həmin dövrdəki ictimai-siyasi vəziyyət, Partiyanın keçdiyi şərəfli inkişaf yolu barəsində geniş məlumatlar vermiş, "Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur" mövzusunda çıxış etmişdir. O, öz çıxışında Ulu Öndər Heydər Əliyevin öz ömrünü xalqa xidmətə həsr etməsindən bəhs etmiş, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndiyini və bütün sahələr üzrə inkişafa nail olunduğunu xüsusi qeyd etmişdir.
Tədbirdə "Azər-Yod" MMC Ərazi partiya təşkilatının sədri Səmədağa Hümbətov partiyanın ictimai-siyasi həyatında daim fərqləndiyi üçün rayon təşkilatının sədri tərəfindən Fəxri Fərmanla təltif edilmiş və siyasi fəaliyyətində müvəfəqiyyətlər arzu edilmişdir. Sonra Ülvi Fərzəliyev Ərazi partiya təşkilatının üzvü Fəridə Əsgərovanı 60 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik etmiş və ona xoş arzularını çatdıraraq rayon təşkilatı adından hədiyyə təqdim etmişdir.
Daha sonra Səmədağa Hümbətov və Fəridə Əsgərova çıxış erdərək fəaliyyətlərinə yüksək qiymət verildiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə, tədbirin təşkil olunmasında isə YAP Neftçala rayon təşkilatına və "Azər-Yod" MMC-nin rəhbərliyinə öz təşəkkürlərini, eyni zamanda tədbir iştirakçılarına haqqında söylədikləri xoş sözlər və səmimi arzulara görə minnətdarlığını bildirmişdilər. Flora Ələkbərova da Ərazi partiya təşkilatının bütün üzvləri adından çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyətini yüksək qiymətləndirdiklərini və Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti daima dəstəklədiklərini, bütün üzvlərinə göstərdiyi diqqət və qayğısından söz açaraq partiya rəhbərliyinə öz təşəkkürlərini bildirmişdir.
Tədbir çay süfrəsi arxasında partiya üzvləri ilə səmimi söhbətlə davam etdirilmiş, sonda xatirə şəkli çəkdirilmişdir.
×
Digər xəbərlər
2021-11-04
2023-04-18