Azərbaycan mavi yanacaq təchizatçısı kimi
Azərbaycan Rusiya-Ukrayna müharibəsindən sonra
Avropa ölkələrinə mavi qaz ixracatını ən çox artıran ölkədir. Avropanın enerji
böhranının dərinləşməsi Azərbaycan
qazına marağı artırıb. Avropanın illik qaza olan tələbatı təxminən 500 milyard
kubmetrdir. Bunun təxminən 200 milyard kubmetrini Rusiya təmin edirdi. Azərbaycan
isə bu bazara yeni daxil olub. 2020-ci ilin yanvarın 1-dən etibarən biz ilk dəfə
Avropaya qaz ixrac etməyə başlamışıq. Ondan əvvəl 2018-ci ildə Türkiyə və
Gürcüstana (hər ikisi Avropa ölkəsidir) qaz ixrac ediridk. Azərbaycanın bu il
Avropaya ötən illə müqayisədə təxminən 40% çox qaz ixrac edəcəyi gözlənilir.
Türkiyə və Gürcüstan da daxil olmaqla bu göstərici 22 milyard kubmetr olacaq. Müqayisə
üçün ötən ilin eyni dövründə bu rəqəm 8,5 milyard kubmetr olub.
2026-2027-ci illərə qədər bu rəqəmin 30 milyarddan çox olacağı (təxminən 31-32
milyard kubmetr) gözlənilir.
Qeyd etmək istərdim ki, Azərbaycanın bəzi dövlətlərin istəyinə
uyğun olmasa da, Avropanın enerji təhlükəsizliyinə töhfə verməsi Azərbaycan
Prezidentinin nüfuzu sayəsindədir. Artıq 3 ildir ki, Azərbaycan Prezidentinin
nüfuzu durmadan artır. Cənab Prezidentin müharibəyə qədər daim sülh prosesini
gözləməsi, bütün alternativ yollardan istifadə edərək məsələnin sülh yolu ilə həllinə
çalışması, müharibə zamanı qazanılan uğur və bütün dövlət başçıları ilə birlikdə
etibarlı tərəfdaşlıq etməsi onun nüfuzunu artıran amillərdir. Məhz bu da Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olur. Eyni zamanda enerji sahəsində
yürüdülən hazırkı siyasət gələcək tərəfdaşlara edilən yatırım kimi qiymətləndirilməlidir.
Bundan sonra Azərbaycan qazını əldə etmək üçün daha çox ölkənin müraciət etməsi
gözləniləndir.
Fəxriyyə Abdullayeva,
YAP Neftçala rayon tışkilatının fəal üzvü
Digər xəbərlər