Neftçalada "Heydər Əliyev Məktəbi" siyasi layihəsinin açılış mərasimi keçirilib.
2023-02-03
Baxış: 398
YAP Neftçala rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev Məktəbi" siyasi layihəsinin açılış mərasimi və ilk dərsi keçirilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev giriş nitqi ilə çıxış edərək ilk öncə layihənin məqsədi haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Ülvi Fərzəliyev bildirmişdir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar olaraq YAP Neftçala rayon təşkilatı tərəfindən tədbirlər planı hazırlanmış, silsilə tədbirlərin keçirilməsi planlaşdırılmışdır. Qeyd edilmişdir ki, "Heydər Əliyev Məktəbi" layihəsi çərçivəsində iştirakçılara Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlətçilik irsi haqqında mühazirələr oxunaraq , dahi şəxsiyyət haqqında ətraflı məlumatlar veriləcəkdir.
Sonra YAP Neftçala rayon təşkilatının veteran üzvü, YAP Neftçala rayon təşkilatının sabiq sədri Oktay Kərimov "Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir" mövzusunda iştirakçılara mühazirə söyləmiş və mühazirə ətrafında müzakirələr aparılmışdır.
Sonda layihənin daha da təkmilləşdirilməsi və iştirakçıların dinləmək istədikləri növbəti mühazirə mövzularını öyrənmək üçün sorğu aparılmışdır.
×
Digər xəbərlər
2021-11-04
2023-04-18