Davamlı dəstək
Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi
Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində
nazirlərin 1-ci iclaslarının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
açılışda iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki,
Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir və bizim gələcək
ümumi addımlar strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələndirmə nəticəsində
atılacaqdır. Prezident xüsusi olaraq xanım komissar Simsona təşəkkürümü
bildirmiş və bildirmişdir ki, bizim bütün təşəbbüslərimizə davamlı dəstək
verib, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısının çox fəal həmsədri
olub , bu mühüm layihənin uğurlu icrasına töhfə verib. Biz bu gün artıq
doqquzuncu dəfədir ki, toplaşırıq və əlbəttə, bir çox məsələlər haqqında
danışmalıyıq, adətən etdiyimiz kimi, görülən işləri nəzərdən keçirməliyik və ən
vacibi, gələcək addımlarımızı planlaşdırmalıyıq.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci
toplantısından sonra dünyada çox şey dəyişib. O toplantı bir il öncə burada
keçirilmişdi. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə
üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi
həqiqətən milli təhlükəsizlik məsələsidir.
Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb
olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi
görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir
şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin
icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa
çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında
danışırıq.
Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl
açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər
genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20
milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə
böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin
zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq. Ona görə, əvvəlki illərdə birgə
səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz
daha da böyüyür, bu gün bu zalda daha çox bayraqlarımız və hörmətli
qonaqlarımız var.
Ötən il bir neçə vacib hadisə oldu. Bu da bizim
enerji təhlükəsizliyi sahəsində ümumi öhdəliyimizi nümayiş etdirir. Əvvəlcə mən
mühüm bir sənədi qeyd etmək istərdim. O sənəd ötən ilin iyulunda Bakıda Avropa
Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen və mənim tərəfimdən
imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandumdur və o, əslində,
gələcək planlarımız üçün aydın yol xəritəsidir. Avropaya qaz ixracımızı 2027-ci
ilə qədər iki dəfə artırmağı planlaşdırırıq və bu, mümkündür, çünki bizim
resurslarımız var. Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə
etimadımız mövcuddur. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin
mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən, siyasi məsələlərdən
başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik
adlandırardım. Məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal
dəstək verməyə çalışırıq. Hesab edirəm ki, bu, gələcək işlərdə bizi istiqamətləndirəcək
tərəfdaşlığın yaxşı ruhudur. Xüsusən indi, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası
çərçivəsində, biz ilk olaraq Yaşıl Enerji Məşvərət Şurasını keçirəcəyik.
Digər mühüm bir hadisə isə Yunanıstanla
Bolqarıstan arasında interkonnektorun açılması idi. Bu, Cənub Qaz Dəhlizi layihəsi
və müəyyən dərəcədə onun şaxələndirilməsi sayəsində oldu və nəticədə bizim üçün
təbii qazımızın artıq Bolqarıstana təchizini başlamaq imkanını yaratdı. Həmçinin
biz bu genişləndirmə və interkonnektorlar vasitəsilə qonşu ölkələrə də dəhlizin
genişləndirilməsini nəzərdə tuturuq.
Təbii ki, dekabr ayı enerji təhlükəsizliyi üçün
çox vacib idi, çünki iki mühüm hadisə baş tutdu. Birincisi, biz Azərbaycan və
Rumıniya qaz təchizatı haqqında saziş imzaladıq və qaz təchizatı bu yaxınlarda
başlayacaq. Beləliklə, Rumıniya həmin Cənub Qaz Dəhlizində iştirak edən ölkələr
heyətinə qoşulur və biz, həmçinin Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində
Sazişi Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzaladıq. Bu, səylərimiz
üçün əlavə əməkdaşlıq imkanını yaradacaq enerji təhlükəsizliyində bir növ yeni
səhifə açacaq. Bir sözlə, bunlar vacib hadisələr idi.
Əgər bu il haqqında danışsaq, yanvar ayında biz
Azərbaycan ilə Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma
Memorandumunu imzaladıq və beləliklə, heyətimizə üzv olan ölkələrin sayı artır.
Bütün bunlar, ilk növbədə, cəlb edilmiş ölkələrlə sıx siyasi münasibətlər, fəal
əlaqələndirmə və Avropa Komissiyası ilə Azərbaycanın bu təşəbbüslərə səmərəli rəhbərliyi
sayəsində mümkün olmuşdur. Bu, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında
başlamış və rəsmi çərçivəyə salınmış enerji dialoqunu da nümayiş etdirdi. Həmin
dialoq təbii qazı, elektrik enerjisini, hidrogeni və yaşıl hidrogeni əhatə
edir. Hesab edirəm bu, əməkdaşlığımızın çox nadir və səmərəli formatıdır.
Avropaya qaz təchizatının artırılması ilə bağlı
Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan
daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal
şəkildə işləməyə başladıq. Hazırda yeni yataqlardan bu il gözlədiyimiz
hasilata, eləcə də mövcud “Şahdəniz” yatağında hasilatın artırılmasına əlavə
olaraq, - bu, birmənalı olaraq baş tutur, - biz, həmçinin ölkə daxilində enerji
səmərəliliyi üzərində işləyirik. Biz itkilərin azaldılması proqramı, o cümlədən
elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı
üzərində çalışırıq. Beləliklə, Azərbaycanda elektrik enerjisinin istehsalında
istifadə olunan təbii qaza ixrac məqsədilə daha çox qənaət
etmiş olarıq.
İlkin Məmmədov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər