Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş düzgün strateji qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir.
Hazırda
Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinə töhfə verir. Bu, Ümumilli
Lider Heydər Əliyevin təməlini qoyduğu və Müzəffər Prezidentimiz cənab İlham
Əliyevin inkişaf etdirdiyi və davamlı nailiyyətlərlə zənginləşdirdiyi enerji təhlükəsizliyi
kursunun töhfəsidir. Azərbaycanın geosiyasi çəkisini artıran və beynəlxalq
miqyasda böyük marağı təmin edən bu siyasət sözün əsl mənasında dünyaya örnək
enerji təhlükəsizliyi modelidir. Bu model, enerji resurslarının, enerji təchizatı
mənbələri və marşrutlarının, tədarük bazarlarının şaxələndirilməsidir. Bu gün
Azərbaycan heç bir halda enerji böhranı
yaşamır. Ölkənin enerji müstəqilliyi tam təmin edilib. Dövlət başçımızın da
ifadə etdiyi kimi, Azərbaycan bütün enerji komponentlərinin inkişafına görə
dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevrilib. Azərbaycan həm neft, həm
qaz, həm də elektrik enerjisi ixracatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə
töhfə verməkdədir. Hazırda Azərbaycanın enerji ölkəsi kimi inkişafında yeni mərhələ
başlanıb. Bu mərhələdə ölkəmizin Avropanın enerji təchizatındakı strateji rolu
bir çox mənbələr hesabına daha da güclənəcəkdir. Bu, ilk növbədə Cənub Qaz Dəhlizinin
genişləndirilməsi və təbii qazın tədarükünün artırılması ilə mümkün olacaqdır.
Eyni zamanda, elektrik enerjisinin, xüsusilə “yaşıl enerji”nin ixracı, Azərbaycanın
daha bir dəhlizin -“yaşıl enerji” dəhlizinin də əsas resurs mənbəyi olması
hesabına reallaşacaqdır. Cənab Prezident İlham Əliyevin cari ilin 13 fevral
tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən
böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışında bir çox mətləbləri
ən yüksək səviyyədə qeyd etdi; “Mingəçevir şəhəri Azərbaycanın və nəinki Azərbaycanın,
bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən
1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək.
Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə
yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə
edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də
təbii qaz sahəsində daha böyük addımlar atacaq”. Son illərdə ölkəmizdə energetika sahəsində atılan addımlara nəzər
salaq görərik ki, Azərbaycan ənənəvi enerji istehsalı sahələri yanaşı bərpaolunan
enerji mənbələrindən də maksimum yararlanmaq niyyətini bəyan edir. Və bunu əməli
işlərlə təsdiq edir. Bu günün reallıqlarından biri odur ki, ətraf mühiti
qorumaq üçün “təmiz enerji” mənbələrindən istifadəni zəruri edir. Digər tərəfdən
isə enerji böhranı dövründə diversifikasiya zərurəti bu enerji növünə qlobal
miqyasda ehtiyacı artırır. Ona görə də həm daxili tələbat, həm də xaricdə
enerji gücümüzə olan tələbat milli elektroenergetika sisteminin daha da gücləndirilməsini
və transformativ prosesləri labüd vəziyyətə gətirir. Təsadüfi deyil ki, “Azərbaycan
2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “təmiz ətraf mühit və
“yaşıl artım” ölkəsi” beş prioritetdən biri kimi müəyyənləşdirilmiş və
“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda çox mühüm tədbirlər
təsbit edilmişdir. Həmçinin Azərbaycan Prezidentinin qlobal çağırışlara və müasir
inkişaf tendensiyalarına uyğun strateji yanaşmasının məhsulu olan azad edilmiş ərazilərin
“yaşıl enerji” zonası konsepsiyası əsasında inkişafı da bu prosesləri təşviq
edir. Dövlət başçısı cənab İlham Əliyev daim bu çağırışı səsləndirir ki, ölkəmizdə enerji istehsalının artırılması hər zaman
diqqət mərkəzindədir. Əsas hədəf 2030-cu ilə qədər bu rəqəmi 30 faizə
çatdırmaqdır. Təməli qoyulan İstilik Elektrik Stansiyasının açılışı 2025-ci ildə
nəzərdə tutulub. Bu stansiyanın işə düşməsi ölkəmizin enerji potensialını böyük
dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın
elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaqdır. Bilirik ki, hazırda
da Mingəçevir şəhəri ölkənin elektroenergetika sahəsində əsas şəhəridir. Mingəçevirdə
artıq güclü elektroenergetika infrastrukturu yaradılıb. Reallıq budur ki, Mingəçevirdə
fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə
ehtiyacının böyük hissəsini ödəyir. Azərbaycanın elektrik enerjisi ixracatçısı
kimi möhkəmlənən mövqeyi bu hədəfi də
böyük əminliklə qeyd etməyə əsas verir ki, neft və qaz layihələri kimi, Azərbaycanın
elektrik enerjisi də Avropa məkanına çatdırılacaqdır.
Əfsanə Abdullazadə;
Neftçala rayon gənci, ictimai fəal
Digər xəbərlər