Ötən ilin iyunundan etibarən enerji təhlüksizliyi məsələlərində xeyli hadisələr baş verib
“Dünya bu gün:
Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda Prezident
İlham Əliyev öz çıxışında dünyanın bir sıra aktual məsələlərinə diqqət çəkdi.
Bu aktual məsələlərdən biri də Avropanın üzləşdiyi enerji təhlükəsizliyinin təminatı
məsələsidir.
Ötən ilin
iyunundan etibarən enerji təhlükəsizliyi məsələlərində xeyli hadisələr baş
verib. Əvvəlcə, Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma
Memorandumunu imzalayıblar. Memorandum Bakıda Avropa Komissiyasının sədri xanım
Ursula Fon der Lyayenin iştirakı ilə imzalanıb. Azərbaycan Avropaya öz təbii
qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Rusiya-Ukrayna müharibəsi
başlayandan sonra biz qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan
artıq Avropa ölkəsindən müraciət almışıq. Ötən ilin dekabrında Buxarestdə Azərbaycan,
Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə
yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Biz onun əsasında öz ərazimizdən
Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkəcəyik. Həmin
ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Azərbaycan Avropanın
enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik,
indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir. IX Qlobal
Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri
ilə müqavilə və anlaşma memorandumları imzalayıb.
X Qlobal Bakı
Forumunda Prezident İlham Əliyev xatırlatdı ki, ötən ilin dekabrında Buxarestdə
əlamətdar hadisə baş verdi - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya
Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə
dair Saziş imzaladılar. Bu Saziş əsasında Azərbaycandan Avropaya dənizdən külək
enerjisi stansiyalarından ötürmə xətti çəkiləcək və həmin ötürmə xəttinin bir
hissəsi Qara dənizin dibi ilə gedəcək. Nəticədə isə Avropanın enerji xəritəsində
mühüm dəyişiklik olacaq. Azərbaycan Avropanın enerji xəritəsini neft və qaz
boru kəmərlərinin inşası ilə artıq dəyişib, indi isə növbə yaşıl enerjini təmin
edəcək elektrik xətlərinindir.
Ölkə başçısı diqqətə
çatdırdı ki, IX Qlobal Bakı Forumundan ötən dövr ərzində Azərbaycan dünyanın
bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları
imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25
meqavat həcmində yaşıl enerji əldə olunacaq. Ölkəmiz yaşıl hidrogeni ixrac etməyi
planlaşdırır. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası Xəzər dənizində Azərbaycanın
külək enerjisi potensialı ilə bağlı yekun dəyərləndirməni başa çatdırıb və bu
potensialın 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40
qiqavat potensial da əlavə edilə bilər. Bir sözlə, Azərbaycanın böyük həcmdə bərpaolunan
enerji potensialı mövcuddur və bu potensialdan səmərəli istifadə edilməsi üçün
planlı işlər həyata keçirlməyə başlanıb.
Arif Bağırov,
YAP Neftçala
rayon təşkilatı
Ərazi partiya təşkilatının
sədri
Digər xəbərlər